Məzmun üzrə agent (remote)
Vəzifə öhdəlikləri
Layihə haqqında:
- Birmarket onlayn marketpleysi üçün məhsul kontentinin hazırlanması və idarə edilməsi üzrə Kontent-agent (remote) axtarırıq. Bu rol məhsul kartlarının keyfiyyətli, dəqiq və platforma standartlarına uyğun şəkildə hazırlanmasında mühüm rol oynayır.
Vəzifə öhdəlikləri:
- Məhsullar haqqında internetdə məlumatların axtarışı (tam və dəqiq ad, fotoşəkillər, texniki xüsusiyyətlər, təsvirlər);
- Tapılan məlumatların emalı və şirkət tələblərinə uyğun məhsul kartlarının yaradılması;
- Məhsul adlarının şablona uyğunlaşdırılması, xüsusiyyətlərin düzgün doldurulması;
- Məhsul təsvirlərinin yüksək unikallıqla redaktə edilməsi (re-write);
- Məhsul kartlarının şirkətin standartlarına uyğun doldurulması;
İstifadə olunan alətlər və bacarıqlar:
- İnternet axtarış sistemləri ilə effektiv işləmək bacarığı;
- Excel və ofis proqramlarında baza səviyyəsində işləmək;
- Onlayn tərcümə alətlərindən düzgün və məqsədyönlü istifadə bacarığı.
Tələblər
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək (qrammatika, orfoqrafiya, üslub);
- Yüksək yazı savadı və detallara diqqət;
- Məlumatla işləmə və analitik düşünmə bacarığı;
- Böyük həcmli məlumatlarla işləmə qabiliyyəti;
- Diqqətlilik, məsuliyyət və səliqəlilik;
- Monoton işlərlə işləmək bacarığı;
- Komandada işləmə və verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı;
- Öyrənməyə və inkişaf etməyə motivasiya.
Təcrübə və təhsil:
- Kontent redaktoru və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi;
- Kopiraytinq və mətn redaktəsi bacarıqları;
- Ali və ya texniki təhsil üstünlükdür.
Seçim prosesi:
- 1-ci mərhələ: HR müsahibə
- 2-ci mərhələ: Praktiki tapşırıq
- 3-cü mərhələ: Qrup rəhbəri ilə görüş
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- DeyerliSen (Pasha Group Loyalty Program)
- Tibbi Sığorta (işçini əhatə edən)
- Coursera
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar