Məhsulların idarəedilməsi üzrə mütəxəssis

Azerfon Son tarix: 20 iyun 2026 54

Vəzifə öhdəlikləri

Məhsulların idarəedilməsi üzrə mütəxəssis 

Funksiya: Marketinq

İş qrafiki: Standart

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Şirkətin kommersiya məqsədləri, sistem imkanları və bazar tələbatına uyğun məhsul və xidmətlərin yaradılması və onların biznes tələblərinin hazırlanması 
  • Məhsul və xidmətlər üçün biznes əsaslandırmaların hazırlanması, təqdim edilməsi və nəzarət olunması 
  • Məhsul və xidmətlərin effektiv istifadəyə verilməsinin koordinasiyası və idarə edilməsi
  • Müvafiq düzəldici və önləyici tədbirlər görməklə məhsul və xidmətlərin icrasının mütəmadi olaraq təkmilləşdirilməsi
  • Yerli və beynəlxalq rəqabətin daim nəzarət altında saxlanılması
  • Marketinq məqsədlərinə çatmaq üçün yeni məhsullar və kampaniyalar hazırlamaq və həyata keçirmək, Business Case hazırlanması və post analizə qədər bütün TTM prosesini izləmək
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və müvafiq şirkətdaxili qaydaların icrası
  • Görülən işlərin prosedur və təlimatlara uyğun görülməsi
  • Şirkətə aid məlumatın məxfiliyinin qorunması
  • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması
  • Mövcud sistemlərin təkmilləşdirilməsi
  • Məhsullarına aid bütün sorğu, problem, və tələblərin araşdırılması və həlli

Vəzifənin tələbləri:

  • İqtisadiyyat, Marketinq və ya Menecment üzrə Ali təhsil 
  • Marketinq, layihələrin idarəolunması və ya müvafiq sahələrdə iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə əlavə üstünlük hesab olunur
  • MS Ofis proqramlarını bilmək 
  • Səlis Azərbaycan və İngilis dilləri (Rus dilini bilmək üstün cəhət sayılır)
  • Müştəri yönümlü
  • Kreativlik
  • Nəticə yönümlü
  • Strukturlu və metodoloji düşünmə qabiliyyəti
  • Analitik qabiliyyət
  • Süni intellekt alətlərindən səmərəli istifadə
  • Layihələri idarə etmə bacarığı
  • Paralel olaraq müxtəlif layihə, tapşırıqları idarə etmə və təqib etmə qabiliyyəti
  • Komanda işi və əməkdaşlıq
  • Yeniliklərə öyrənməyə yüksək motivasiya
  • Yüksək dəqiqlik və detallara diqqət yetirmə

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik

Başlıqda ‘Məhsulların idarəedilməsi üzrə mütəxəssis  qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot