Marketinq üzrə mütəxəssis (Gəncə şəhəri)

Landau Education Group Son tarix: 09 iyun 2026 155

Vəzifə öhdəlikləri

Təsvir

  • Bani Abituriyent məktəbinin layihələri üzrə bütün kanallar üzrə marketinq kampaniyalarının icrası və optimizasiyası;
  • Kampaniyaların performansının izlənməsi və hesabatların hazırlanması;
  • Akademik komandalarla sıx əməkdaşlıq edərək ümumi hədəflərin dəstəklənməsi;
  • Bazar araşdırmalarının aparılması;
  • Bütün marketinq fəaliyyətlərinin brend strategiyasına və mövqelənməsinə uyğunluğunun təmin edilməsi;
  • Daxili komandalar və vendorlarla əməkdaşlığın effektiv şəkildə idarə olunması;
  • Sosial media, rəqəmsal kanallar və marketinq kampaniyaları üçün kontent ideyalarının yaradılması və icra olunması;
  • Açıq qapı günləri, qəbul tədbirləri və digər məktəb tədbirlərinin təşkili və icrası.

Tələblər

  • Ali təhsil (Marketinq və ya digər aiddiyatı sahələr üzrə);
  • Marketinq sahəsi üzrə ən az 3 il iş təcrübəsi;
  • Layihə idarəetmə alətləri ilə praktiki təcrübə;
  • Güclü kommunikasiya və komanda ilə işləmə bacarıqları;
  • Yüksək təşkilati bacarıq, proaktiv yanaşma və yeni ideyalar irəli sürmək qabiliyyəti;
  • Dinamik və sürətli mühitdə işləmək bacarığı;
  • Azərbaycan və İngilis dilində sərbəst danışıq bacarığı mütəqdir.

İş şəraiti

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İllik ödənişli əmək məzuniyyəti;
  • İş yeri: Gəncə şəhəri;
  • Peşakar karyera inkişafı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya növü - Tam ştat

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot