N
Marketing Müdiri
Vəzifə öhdəlikləri
NH Group MMC (qənnadı və çörək istehsalı sahəsi) olaraq, B2B satış modelində müştəriyə toxunan və real nəticə gətirən Marketing Rəhbəri axtarırıq.
Əsas vəzifələr:
- B2B müştərilərə yönəlik marketing strategiyalarının hazırlanması və icrası
- Müştəri davranışlarının (ustalar, istehsalatçılar, topdan alıcılar) analiz edilməsi
- Məhsul bazlı marketing yanaşmalarının qurulması (şokolad, krem, maya, un və s.)
- Satış komandası ilə koordinasiyalı işləyərək satış nəticələrinin artırılması
- Müştəriyə birbaşa toxunan kampaniyaların hazırlanması və tətbiqi
- Sahə və offline marketing fəaliyyətlərinin təşkili və idarə olunması
- Rəqib və bazar analizlərinin aparılması
- Marketing büdcəsinin planlanması və effektiv istifadəsi
Tələblər:
- Marketing sahəsində minimum 5 il iş təcrübəsi
- Bu təcrübənin minimum 2 ili Marketing Rəhbəri vəzifəsində olmalıdır
- FMCG / qida / istehsalat sektorunda təcrübə üstünlükdür
- B2B satış modelini və müştəri davranışlarını başa düşmək
- Analitik düşüncə və nəticə yönümlü yanaşma
- Kreativlik və sistemli işləmə bacarığı
- Komanda idarəetmə təcrübəsi
- Azərbaycan dili səlis, Rus dili arzuolunandır
Biz nə təklif edirik:
- Real qərarvermə səlahiyyəti olan rəhbər vəzifə
- Marketing fəaliyyətlərinin birbaşa satış nəticələrinə təsir etdiyi mühit
- İnkişaf edən FMCG şirkətində karyera imkanları
- Rəqabətli əmək haqqı
Əməh haqqı 2000-2500 Azn
CV-nizi mövzu hissəsində “Marketing Rəhbəri (B2B)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Oxşar vakansiyalar