Malların qəbulu üzrə işçi
Vəzifə öhdəlikləri
Əmək funksiyası.
- Otelə daxil olan malların qəbulunu həyata keçirmək;
- Malların sifariş sənədlərinə uyğun olaraq miqdarını, keyfiyyətini, çəkisini və vəziyyətini yoxlamaq;
- Qəbul zamanı çatışmayan, gecikən və ya uyğunsuz malları qeydiyyata almaq və rəhbərliyə məlumat vermək;
- Malların qəbulu ilə bağlı bütün sənədləri düzgün tərtib etmək və müvafiq qaydada qeydiyyata almaq;
- Faktura və digər rəsmi sənədlərin düzgün təsdiqlənməsini təmin etmək;
- Qəbul edilən malların aidiyyəti anbar və ya şöbələrə düzgün yerləşdirilməsini təmin etmək;
- Gündəlik qəbul hesabatlarını hazırlamaq və mühasibatlıq şöbəsinə təqdim etmək;
- Gündəlik, həftəlik və aylıq inventar proseslərində iştirak etmək;
- Malların qəbulu sahəsinin təmiz, səliqəli və təhlükəsizlik tələblərinə uyğun saxlanılmasını təmin etmək;
- Şirkətin sağlamlıq və əməyin mühafizəsi qaydalarına riayət etmək;
- Avadanlıqlardan düzgün və səmərəli istifadə etmək;
- Digər şöbələrlə səmərəli əməkdaşlıq etmək;
- Şöbə iclaslarında və təlimlərdə iştirak etmək;
Tələblər
- Malların qəbulu, anbar, satınalma və ya logistika sahəsində iş təcrübəsi arzuolunandır;
- Otelçilik sahəsində iş təcrübəsi üstünlükdür;
- Diqqətli, məsuliyyətli və dəqiq işləmək bacarığı;
- Yaxşı təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
- Kompüter bilikləri və inventar/satınalma proqramları ilə işləmək bacarığı üstünlükdür;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- Fiziki yüklərlə işləmək bacarığı;
- İşgüzar davranış və peşəkar xarici görünüş.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar