Layihə rəhbəri

UPS Construction Son tarix: 06 may 2026 23

Vəzifə öhdəlikləri

UPS  ConstructionMMC Layihə rəhbəri vakansiyasını elan edir:

Əmək haqqı: 4000-5000 AZN.

  • Layihələr üzrə son tarixləri müəyyən etmək, vəzifə bölgüsünü düzgün aparmaq və komandanın fəaliyyətinə nəzarət etmək; 
  • İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
  • Müvafiq yoxlama üsullarından istifadə edərək, layihənin əhatə dairəsi, icra olunma müddəti və layihə xərclərindəki dəyişikliklərin idarə olunması;
  • Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək
  • Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
  • Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
  • Tikinti layihələrinin bütün mərhələlərində (planlaşdırma, icra və yekun) rəhbərlik edərək işlərin vaxtında və keyfiyyətlə tamamlanmasını təmin etmək; 
  • Gündəlik tikinti prosesini idarə etmək, mühəndis və texniki heyət arasında koordinasiyanı təmin etmək; 
  • Layihə üçün tələb olunan icazə və sənədlərin hazırlanmasına nəzarət etmək və müvafiq qurumlarla əlaqələri təşkil etmək; 
  • İş qrafikini və resurs planlamasını hazırlamaq, material, texnika və işçi qüvvəsinin vaxtında təmin olunmasını təşkil etmək; 
  • Təchizat prosesinə nəzarət etmək, material və avadanlıqların layihə tələblərinə uyğun istifadəsini təmin etmək; 
  • Layihə üzrə hesabatların (Forma-2 və s.) hazırlanmasına və düzgünlüyünə nəzarət etmək;
  • İşçilərin fəaliyyətini təşkil etmək, əmək mühafizəsi qaydalarına əməl olunmasına nəzarət etmək və rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • 5 ildən artıq iş təcrübəsi;
  • Kompyuter bilikləri - MS Office, AutoCad;
  • Komandanı idarə etmək bacarığı;
  • Yüksək təşkilatçılıq və liderlik;
  • Təşəbbüskarlılıq və tələbkarlılıq;
  • Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
  • Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
  • Podrat müqavilələrinin icra qaydalarını, istehsalatın, əməyin və idarəetmənin təşkilini bilmək;
  • Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
  • Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilmək;
  • Layihələri oxumağı və təhlil etməyi bilməli;
  • Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilmək;
  • Sifarişçi və subpodrat təşkilatlarla qarşılıqlı münasbətlərinin nizamlama qaydalarını bilmək;

İş vaxtı: I-VI günlər 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, Müraciət et düyməsində qeyd olunan elektron ünvana CV göndərə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot