Kurs meneceri

AZİN Academy MMC Son tarix: 14 oktyabr 2026 116

İş şəraiti

  • İş yeri: AZİN Academy MMC (Azin Technology)
  • İş yeri ünvanı: Dərnəgül metrosu yaxınlığı, Süleyman Sani Axundov 441C
  • Əmək haqqı: 500 Azn
  • İş qrafiki: Həftənin 6 günü, 09:00–18:00

Vəzifələr:

  • Kursa müraciət edən şəxslərə tədris proqramları haqqında ətraflı məlumat vermək;
  • Telefon zənglərini cavablandırmaq, Instagram Direct və digər sosial şəbəkələr vasitəsilə daxil olan müraciətləri operativ cavablandırmaq;
  • Potensial tələbələri düzgün istiqamətləndirmək və qeydiyyata cəlb etmək;
  • Tələbələrin qeydiyyatını aparmaq və məlumat bazasını mütəmadi yeniləmək;
  • Yeni qrupların formalaşdırılmasını təşkil etmək;
  • Müəllimlərin dərs cədvəllərini hazırlamaq və onlara nəzarət etmək;
  • Dərslərin vaxtında və plan üzrə keçirilməsinə nəzarət etmək;
  • Tələbələrin davamiyyətini izləmək və tədris prosesini koordinasiya etmək;
  • Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

Tələblər: 

  • Yaş həddi: 22 – 40 yaş
  • Ali və ya orta ixtisas təhsili;
  • Kurs meneceri, satış meneceri və ya müştəri xidməti sahəsində minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışıq (rus və ya ingilis dili biliyi üstünlük hesab olunur);
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Yüksək ünsiyyət və inandırma bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək bacarığı;
  • Gülərüz, təşəbbüskar və nəticəyönümlü olmaq;
  • Satış sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot