A
Kiçik mütəxəssis
Azərbaycan Kredit Bürosu Son tarix: 26 dekabr 2025
163
Vəzifə öhdəlikləri:
  • Büronun tərəfdaşları ilə işləmək, onlardan daxil olan sorğu və müraciətlərin operativ və dəqiq həyata keçirilməsini təmin etmək;
  • Büroya məlumatların qanunvericiliyin tələblərinə müvafiq qaydada təqdim olunması üçün monitorinq və konsultasiya fəaliyyətini həyata keçirmək;
  • Tərəfdaşlar tərəfindən daxil olan sorğuları araşdırmaq, yaranmış problem və çətinlikləri həll etmək, müvafiq dəstək göstərmək;
  • Yeni təşkilatların Büronun məlumat bazasına inteqrasiya prosesini həyata keçirməsinə dəstək olmaq, texniki komanda ilə birgə problemləri həll etmək;
  • Büronun yeni məhsul və xidmətlərinin hazırlanması prosesində iştirak etmək;
  • Büroya daxil olan rəsmi məktub və müraciətləri araşdırmaq və cavab hazırlamaq;
  • Rəhbərliyin tapşırığı əsasında müxtəlif statistik hesabatlar hazırlamaq.
Tələblər:
  • Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Tətbiqi riyaziyyat, İqtisadi kibernetika və s.);
  • Bank və ya maliyyə sahəsində minimum 1 il iş təcrübəsi;
  • Əla səviyyədə ingilis və yaxşı səviyyədə rus dili biliyi;
  • Excel proqramı üzrə əsas bacarıqlar (təkmil formulaları tətbiq etməklə məlumatların emalı, PivotTable-dən istifadə etməklə hesabatların hazırlanması və s.)
  • Vizuallaşdırma proqramları üzrə bacarıqlar üstünlükdür;
  • Xaricdə təhsil alması üstünlükdür.

  • Digər bacarıqları:

    • Peşəkarlıq və məsuliyyətlilik;
    • Analitik düşünmə;
    • Vaxtın idarəedilməsi;
    • Təqdimat hazırlama və geniş auditoriya qarşısında çıxış etmə;
    • Dinamik komandada işləmə;
    • Təşəbbüskarlıq,  nəticəyə fokuslaşma və problemi həll etmə.

    Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

İş şəraiti:

İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00

Müraciət et