G
İnsan Resursları üzrə Davamiyyət Operatoru (Face ID Sistemi)
Vəzifə öhdəlikləri
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi
Namizədə aid tələblər:
- Ali təhsilli olması;
- Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi,ingili dili-arzuolunandır;
- Yüksək səviyyədə ünsiyyət qurma və komandada işləmək bacarığı;
- İşgüzar nitq və yazışma qabiliyyəti;
- Vaxtın effektiv idarə edilməsi bacarığı və deadline-lara riayət etmək;
- Analitik düşünmə, yüksək məsuliyyət hissi, dəqiqlik və detallara diqqətlilik;
- Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yüksək səviyyədə bilik;
- 1 C 8.3 proqramında işləmə bacarığı;
- Xasiyyətnamə tələb olunur.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətə yeni işə qəbul olunan əməkdaşların Face ID sistemi və DSS proqramında qeydiyyatının aparılması, biometrik və şəxsi məlumatların düzgün, tam və vaxtında sistemə daxil edilməsi;
- Əmək münasibətlərinə xitam verilmiş əməkdaşların Face ID sistemi və DSS proqramından çıxarılması, məlumatların arxivləşdirilməsi və tarixçəsinin qorunması;
- İşə qəbul, işdən çıxma, vəzifə və filial dəyişiklikləri ilə bağlı Face ID sistemində müvafiq dəyişikliklərin vaxtında icra edilməsi;
- Filiallardan Face ID sistemi ilə bağlı daxil olan müraciətlərin qəbul edilməsi, təhlil edilməsi, məsafədən dəstəyin göstərilməsi və zərurət yarandıqda aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə həll edilməsi;
- Face ID sistemi üzrə giriş-çıxış məlumatlarının iş vaxtı cədvəlləri ilə müqayisə edilməsi, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması;
- Filiallar tərəfindən təqdim olunan həftəlik hesabatların yoxlanılması, məlumatların düzgünlüyünə nəzarət edilməsi və aşkar edilmiş uyğunsuzluqların operativ şəkildə aradan qaldırılması;
- Face ID sistemi üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması, statistik məlumatların toplanması və rəhbərliyə təqdim edilməsi;
- Sistemin fasiləsiz və düzgün işləməsinə nəzarət edilməsi, texniki nasazlıqların aradan qaldırılması məqsədilə aidiyyəti İT və proqram təminatı komandası ilə koordinasiyalı işin aparılması;
- Xahiş edirəm gizli kodu "555" ilə CV ilə göndərin, əgər həqiqətən A-dan Z-yə qədər bütün mətni oxuyursunuzsa, bunu bilməliyik;
- Face ID sistemində istifadəçi hesablarının, giriş hüquqlarının və məlumat təhlükəsizliyinin daxili prosedurlara uyğun idarə edilməsi.
İş şəraiti
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Oxşar vakansiyalar