İdarə Heyəti sədrinin müavininin icraedici köməkçisi

PASHA Life Son tarix: 19 aprel 2026 59

Vəzifə öhdəlikləri

Əsas vəzifə öhdəlikləri:

  • İcraedici rəhbərin (Deputy CEO / İdarə Heyəti sədrinin müavini) iş qrafikinin, görüşlərinin və gündəminin planlaşdırılması və koordinasiyası;
  • Görüşlərin və iclasların təşkili, gündəliyin hazırlanması, protokolların aparılması və icra tapşırıqlarının izlənməsi;
  • Rəhbər üçün arayışların, hesabatların, təqdimatların və digər zəruri sənədlərin hazırlanması;
  • Daxili və xarici maraqlı tərəflərlə rəsmi yazışmaların, müraciətlərin və kommunikasiya prosesinin idarə olunması;
  • Telefon zənglərinin, e-mail və dəvətlərin qəbul edilməsi, çeşidlənməsi və yönləndirilməsi;
  • Yerli və beynəlxalq səfərlərin, ezamiyyətlərin və tədbirlərin planlaşdırılması və təşkilati dəstəyin göstərilməsi;
  • Sənədlərin tərcüməsi, redaktəsi və məlumatların düzgünlüyünün təmin olunması;
  • Şirkətdaxili proseslərdə rəhbər tapşırıqlarının koordinasiyası və icrasına nəzarət;
  • Məxfi məlumatların və korporativ sənədlərin konfidensiallığının qorunması;
  • Zəruri hallarda korporativ kommunikasiya və inzibati layihələrə dəstək;

Namizədə olan tələblər:

  • Təhsil: İstənilən sahə üzrə bakalavr dərəcəsi
  • Təcrübə: Administrativ iş, rəhbər köməkçisi və ya icraedici dəstək, layihələrin idarə olunması, insan resusrları sahəsi üzrə vəzifəsində 1–3 il iş təcrübəsi (korporativ mühit üstünlükdür)
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst yazı və şifahi ünsiyyət bacarığı (rus dili üstünlükdür)
  • Kompüter bilikləri: MS Office (Word, Excel, PowerPoint) proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarıqları
  • Eyni vaxtda bir neçə tapşırığı idarə etmək, prioritetləri düzgün müəyyənləşdirmək bacarığı
  • Yüksək peşəkarlıq, etik davranış, diskresiya və məxfilik prinsiplərinə sadiqlik

İş şəraiti

  • Əməkdaşın və ailə üzvlərinin tibbi sığortası;
  • Korporativ Həyat Sığortası (kritik xəstəlikləri əhatə edən sığorta təminatı);
  • Fərdi inkişaf planı çərçivəsində təlim və inkişaf imkanları;
  • Ödənişsiz dayanacaq imkanı;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları;
  • “Dəyərlisən” platforması vasitəsilə güzəşt və endirimlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot