Hesabatlılıq şöbəsinin mütəxəssisi

Unicapital Son tarix: 08 may 2026 54

Vəzifə öhdəlikləri

  • Şöbə müdiri tərəfindən müəyyən edilmiş iş planına uyğun olaraq hesabatlılıq üzrə gündəlik əməliyyatları icra etmək;
  • Cəmiyyətin  maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək, məlumatların düzgünlüyünü və tamlığını təmin etmək;
  • Maliyyə hesabatlarının hazırlanması (BS, P&L, Cash Flow)
  • Maliyyə hesabatlarının IFRS və daxili tənzimləyici tələblərə uyğunluğunu yoxlamaq və uyğunsuzluqları rəhbərliyə bildirmək;
  • Kənar və daxili audit prosesləri zamanı tələb olunan maliyyə və analitik məlumatları hazırlamaq və təqdim etmək;
  • Büdcə planlaşdırılması prosesində iştirak etmək, faktiki və büdcə göstəriciləri üzrə müqayisəli analizlər aparmaq;
  • MIS, menecment və analitik hesabatların hazırlanmasında iştirak etmək, hesabatların vaxtında və keyfiyyətli təqdim olunmasını təmin etmək;
  • Satış kanalları, məhsullar, biznes modelləri və müştərilər üzrə gəlirlilik və performans analizləri aparmaq;
  • Rəhbərlik üçün qərar qəbuletməni dəstəkləyən analitik hesabatlar və təqdimatlar hazırlamaq;
  • Daxili hesabat sistemləri məlumatların toplanması, təhlili və yenilənməsini həyata keçirmək;
  • Hesabatların avtomatlaşdırılması və proseslərin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək;
  • Bonus, motivasiya və performans göstəriciləri üzrə hesabatların hazırlanmasında iştirak etmək;
  • Nəzarət orqanı tərəfindən tələb edilən requlyativ hesabatların hazırlanması;
  • Avtomatlaşdırılmış hesabat alətlərinin qurulması və optimallaşdırılması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.

Vəzifə üzrə tələblər

  • Ali iqtisadi təhsil
  • Mühasibat uçotu və IFRS bilikləri
  • Vergi və maliyyə qanunvericiliyini başa düşmək
  • Excel biliyi (pivot, lookup, formulas)
  • 1C proqramında işləmə təcrübəsi; .
  • SQL və Power BI üzrə biliklər üstünlük hesab olunur

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot