E
Direktor assistenti
Vəzifə öhdəlikləri
- Şirkətin maraqlarını təmsil edilməsi;
- Direktorun tapşırıqlarının vaxtında və düzgün icrasının təmin edilməsi;
- Sənədlərin hazırlanması, rəsmiləşdirilməsi və arxivləşdirilməsi;
- Məxfi məlumatların qorunması və etik davranış qaydalarına riayət edilməsi;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən, vəzifə öhdəliklərinə aid digər tapşırıqları icra etmək.
Tələblər
- Azərbaycan və rus dillərində səlis ünsiyyət qurmaq bacarığı, ingilis dilini isə yaxşı səviyyədə bilməlidir;
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olan xanımlar;
- Yüksək kompüter proqram təminatı (PDF, Word, Excel, PowerPoint, Outlook) biliklərinin olması önəmlidir.
- Komandada işləmək bacarığı;
- Məqsədyönlülük, məsuliyyətlilik, düzgünlük, analitik düşüncə, dəqiqlik, sorğuları operativ həll etmə bacarığı və etibarlılıq kimi müsbət xüsusiyyətlərə sahib olmaq.
İş şəraiti
- Həftədə 6 iş günü
- İş yeri: Babər pr. 35
- Əmək haqqı: net 1000-1100 azn
- Azərbaycan Respublikası ƏM əsasən rəsmiləşdirmə
- Karyera inkişafı imkanı
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Direktor assistenti” yazaraq göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar