Copywriter / Content Writer

Honours Academy Son tarix: 02 noyabr 2026 50

Vəzifə öhdəlikləri

Honours Academy, Honours Language Institute və Honours Coffee brendləri üçün mətnlər hazırlayacaq, sayt məzmununu idarə edəcək Copywriter / Content Writer axtarırıq. Bu rolda əsas məsuliyyətiniz brendlərin mesajlarını aydın və düzgün çatdırmaq, araşdırmaya əsaslanan faydalı məzmun hazırlamaq və rəqəmsal mənbələrdə etibarlı təqdimatını dəstəkləmək olacaq. İşin əsas istiqamətlərindən biri Honours Academy-nin sayt məzmununun və AI visibility — süni intellekt əsaslı axtarış və cavab sistemlərində görünürlüyünün inkişaf etdirilməsidir.

  • Kontent strategiyasına uyğun sayt, sosial media, reklam və video mətnləri hazırlamaq;
  • Təlim proqramları üçün təqdimat səhifələri, məqalələr, tez-tez verilən suallar, ekspert materialları və tələbə uğur hekayələri yazmaq;
  • Auditoriyanın axtardığı sualları araşdırmaq və həmin suallara aydın, dolğun cavab verən məzmun hazırlamaq;
  • Təlimçi və ekspertlərdən məlumat toplamaq, texniki məzmunun müvafiq ekspert tərəfindən yoxlanmasını koordinasiya etmək;
  • Faktları, adları, nəticələri və istinadları yoxlamaq, təsdiqlənməmiş iddiaların yayımlanmasının qarşısını almaq;
  • SEO və AI visibility məqsədlərinə uyğun başlıq strukturu, qısa izahlar, sual-cavab bölmələri və mənbə istinadları hazırlamaq;
  • Hazırlanmış məzmunu saytın idarəetmə panelində yerləşdirmək, formatlaşdırmaq və daxili keçidləri əlavə etmək;
  • Mövcud sayt məzmununu mütəmadi nəzərdən keçirmək, köhnəlmiş məlumatları yeniləmək;
  • SMM mütəxəssisləri və Content Strategist & Creative Producer ilə video ssenariləri, müsahibə sualları və paylaşım mətnləri üzərində işləmək;
  • Hər brendin auditoriyasına və üslubuna uyğun dil seçmək, mətnlərdə ardıcıllığı qorumaq;
  • Xarici platformalarda və tərəfdaş mənbələrdə istifadə üçün brend təqdimatları və məlumat materialları hazırlamaq;
  • Marketing Lead ilə məzmunun nəticələrini nəzərdən keçirmək və təkmilləşdirmə təklifləri vermək;

Tələblər

  • Copywriting, məqalə yazılması və ya redaktə üzrə praktik təcrübə;
  • Azərbaycan dilində yüksək səviyyədə yazı və redaktə bacarığı;
  • İngilis dilində mənbələri araşdırıb anlamaq bacarığı;
  • Mürəkkəb mövzuları sadə, dəqiq və oxunaqlı formada izah etmək bacarığı;
  • Etibarlı mənbələri seçmək, faktları yoxlamaq və istinadlarla işləmək bacarığı;
  • Reklam mətni, məlumatlandırıcı məqalə və video ssenarisinin fərqli tələblərini anlamaq;
  • SEO əsasları, axtarış niyyəti və sayt məzmununun strukturlaşdırılması haqqında bilik;
  • Saytın idarəetmə panelində məzmun yerləşdirmək və formatlaşdırmaq bacarığı;
  • AI alətlərindən araşdırma və mətn hazırlığına dəstək üçün istifadə etmək, nəticələri müstəqil yoxlamaq və redaktə etmək bacarığı;
  • Planlı işləmək, geribildirimi tətbiq etmək və son tarixlərə riayət etmək;
  • Şəxsi rolunu göstərən yazı nümunələri və ya portfolio.

Üstünlük veriləcək:

  • AI visibility və GEO istiqamətində praktik iş və ya araşdırma təcrübəsinə;
  • İngilis dilində peşəkar mətn hazırlamaq bacarığına;
  • Google Search Console və məzmun analitikası ilə tanışlığa;

İş qrafiki:

  • Həftədə 5 iş günü və 2 istirahət günü;
  • Əsas iş saatları: 10:00–19:00;
  • İş və istirahət günləri çəkiliş, tədbir və layihə planına uyğun müəyyən edilir. Şənbə və bazar günləri iş günü ola bilər; bu halda istirahət günləri həftəiçinə təyin edilir;
  • Çəkiliş və tədbirlərin vaxtından asılı olaraq iş saatlarında dəyişiklik edilə bilər. Qrafik və dəyişikliklər əməkdaşla əvvəlcədən paylaşılır.

Əməkhaqqı:

  • Əməkhaqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən qarşılıqlı razılaşma əsasında müəyyən ediləcəkdir.

CV, qısa motivasiya məktubu və portfolio linkinizi mövzu hissəsində “Copywriter / Content Writer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Portfolioda təqdim etdiyiniz mətnlərdə araşdırma, yazı və redaktə üzrə şəxsi rolunuzu qısa şəkildə qeyd edin.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot