Çağrı mərkəzi üzrə operator – Müştəri Xidmətləri

166 Cargo Son tarix: 29 may 2026 356

Vəzifə öhdəlikləri

166 EXPRESS MMC (166Cargo.az) -  Xarici ölkələrdən e-ticarət üzərindən sifariş edilən və eləcə də yerli bazarda fəaliyyət göstərən e-ticarət platformalarla tərəfdaşlıq əsasında bağlamaların ölkə daxilində çatdırılması ilə məşğuldur. 

Vəzifə tələbləri: 

  • Ali təhsil arzuolunandır 
  • Azərbaycan, rus dili arzuolunandır 
  • Beynəlxalq yüklərin daşınması və e-ticarət sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır. 
  • Oxşar işdə ən azı 1 il təcrübə (ilk öncə öhdəliklərlə tanış olun) 
  • Kompyuter və ofis proqramlarından sərbəst istifadə etmək bacarığı 
  • Yüksək səviyyədə danışıq mədəniyyəti 
  • Yaş həddi: 20-30 
  • Xanım namizədlər 
  • Stress vəziyyətində düzgün qərar qəbul etmək bacarığı 

Vəzifə öhdəlikləri: 

  • Məlumat mərkəzinə müxtəlif mənbələrdən, sosial şəbəkələrdən  daxil olan zənglərin və  müraciətlərin cavablandırılması;  
  • Gün ərzində daxil olan zənglərin, müraciətlərin qeydiyyatının aparılması; 
  • Müştərilərə tam doğru və dolğun məlumatın verilməsi;  
  • Gələn zənglərin və müraciətlərin uyğun namizədə yönləndirilməsi;  
  • Müştəri sorğularının qeyd edilməsi və müvafiq olaraq cavablandırılması; 
  • Daxil olan müştəri şikayətlərinə baxılması, həll edilməsi və müvafiq istiqamətlərə yönləndirilməsi;  
  • Şirkətlə müştəri arasında düzgün koordinasiyanın qurulması; Xarici platformalardan müəyyən “ticketing” sistemlər üzərindən şirkətə aid olan sorğuların müəyyənləşdirilməsi və müvafiq şöbələr ilə əlaqə saxlayaraq sorğuların tez bir zamanda düzgün formada həll edilməsi. 

İş şəraiti: 

  • İş günləri: Həftənin 1-6-cı günləri. Bazar günü: Qeyri-iş günü 
  • İş vaxtı: 10:00-19:00; şənbə günü 11:00-18:00 
  • Ünvan: Bakı, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, “Çinar-Park” biznes mərkəzi, 5-ci bina, 3-cü mərtəbə, otaq 334 
  • Əmək haqqı: 500 AZN 

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot