Çağrı mərkəzi üzrə Operator

Europark MMC Son tarix: 24 may 2026 152

Vəzifə öhdəlikləri

“Europark MMC” müştəri təcrübəsinin yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı inkişafı məqsədilə Türkiyə bölgəsinə  xidmət göstərmək üçün “Çağrı mərkəzi üzrə Operator” vəzifəsinə türkdilli peşəkar namizədlərin müraciətini qəbul edir.

Əsas vəzifə öhdəlikləri:

  • Daxil olan zənglərin şirkətin xidmət standartlarına uyğun şəkildə cavablandırılması
  • Müştərilərə xidmətlər barədə dolğun və dəqiq məlumatın təqdim edilməsi
  • Müştəri müraciət, təklif və şikayətlərinin sistem üzərindən qeydiyyatı və nəzarətdə saxlanılması
  • Müvafiq struktur bölmələri ilə koordinasiyalı işləyərək sorğuların operativ həllinin təmin edilməsi
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyət göstəricilərinin qorunması
  • Gündəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması

Namizədə dair tələblər:

  • Türk dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
  • Yüksək kommunikasiya və dinləmə bacarığı
  • Müştəriyönümlü yanaşma və etik davranış prinsiplərinə riayət
  • MS Office proqramlarında işləmə bacarığı
  • Komandada işləmək və operativ qərarvermə qabiliyyəti
  • Müvafiq sahədə 1-2 il  iş təcrübəsinin olması arzuolunandır
  • Xanım namizədlərə üstünlük verilir
  • Türkiyədə təhsil almış namizədlərə üstünlük verilir

İş şəraiti

  • Rəsmi əmək müqaviləsi
  • Əmək haqqı: 500-700 AZN 
  • İş qrafiki: Növbəli qrafik
  • Peşəkar inkişaf və təlim proqramları
  • Stabil və korporativ iş mühiti

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot