Biznesin inkişafı üzrə menecer

Birmarket Son tarix: 06 fevral 2026 134

Vəzifə öhdəlikləri

  • Müvafiq kateqoriya üzrə satıcı portfeli ilə uzunmüddətli və güclü əməkdaşlıq münasibətləri qurmaq və qorumaq, satıcılar üçün əsas əlaqə nöqtəsi kimi çıxış etmək.
  • Satıcı performansını təhlil edərək satışların artırılması, qiymət strategiyası və məhsul portfelinin yaxşılaşdırılması üzrə data əsaslı tövsiyələr vermək; zəif performans göstərən satıcıların aktivləşdirilməsi və yüksək nəticə göstərən hesabların miqyaslandırılması üçün GM ilə birlikdə strategiyalar hazırlamaq.
  • Mövcud satıcı müqavilələrini mütəmadi olaraq nəzərdən keçirmək və yenidən danışıqlar aparmaq; qiymət, promo iştirakları və uzunmüddətli əməkdaşlıq şərtlərinin optimallaşdırılmasını təmin etmək.
  • Satıcılarla birgə inkişaf imkanlarını və biznes planlarını formalaşdırmaq, promosyon kampaniyalarının planlanması və icrasında əməkdaşlıq etmək.
  • Hesabların performansını daim izləmək, müntəzəm hesabatlar təqdim etmək və analitik yanaşma ilə strategiyaları optimallaşdıraraq nəticələri artırmaq.

Tələblər

  • Biznes, Marketinq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi.
  • Hesabların idarə edilməsi, biznesin inkişafı və ya satış sahəsində 4–6 il iş təcrübəsi.
  • Danışıqların aparılması və müqavilələrin idarə edilməsi üzrə təcrübə.
  • Güclü analitik düşünmə və hesabatlılıq bacarıqları.
  • Yüksək səviyyədə maraqlı tərəflərlə (stakeholder) münasibətlərin idarə edilməsi bacarığı.

İş şəraiti

  • Vakansiya növü Tam ştat
  • Təcrübə 3-4 il
  • Vəzifə dərəcəsi Orta səviyyəli
  • Təhsil Bakalavr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul