Baş Anbardar

Azera Holding Son tarix: 09 noyabr 2026 61

Vəzifə öhdəlikləri

Azera Holdinq, tərkibində fəaliyyət göstərən “Azemal” MMC üçün Baş Anbardar vəzifəsinə vakansiya elan edir.

  • Anbarda mövcud stoklara nəzarət etmək, mütəmadi yoxlamalar aparmaq və aşkar olunan uyğunsuzluqları aradan qaldırmaq;
  • Anbara daxil olan və anbardan çıxan məhsulların 1C proqramında düzgün və vaxtında qeydiyyata alınmasını təmin etmək;
  • Tabeliyində olan əməkdaşların fəaliyyətinə nəzarət etmək və iş bölgüsünü düzgün təşkil etmək;
  • Daxil olan məhsulların qəbulunu, qeydiyyatını və müvafiq rəflərdə düzgün yerləşdirilməsini təşkil etmək;
  • Sifariş olunan məhsulların düzgün şəkildə hazırlanmasını, paletlərə yığılmasını və sifarişçilərə vaxtında göndərilməsini təmin etmək;
  • Anbarda təhlükəsizlik qaydalarına və daxili prosedurlara riayət olunmasına nəzarət etmək;
  • İstifadə müddəti bitmiş məhsulların vaxtında aşkarlanmasını və ayrılmasını təmin etmək;
  • Son istifadə tarixinə az qalmış məhsulların müəyyənləşdirilməsinə və onların satışının vaxtında təşkilinə nəzarət etmək;
  • Anbarın səliqəli, sistemli və effektiv fəaliyyətini təmin etmək.
  • Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparır.
  • İnventarlaşdırmanın aparılmasında iştirak edir.

Tələblər

  • Ali təhsil
  • İş təcrübəsi 3-5 il
  • Azərbaycan dili əla,rus dili üstünlükdür
  • Kompyuter proqramları biliyi: 1 C və MC Ofiice proqramlarında sərbəst işləmək
  • Təmkinli və səbirli olması vacibdir.

İş şəraiti

  • İş saatı 07:00-dan 16:-00-a dək. Şənbə günləri qısa iş günü 07:00-dan 14:00-a qədər.
  • Əmək haqqı: 1400 AZN (Net)
  • İş yeri: Hövsan, Bahar qəsəbəsi

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot