G
Aparıcı mühasib
Vəzifə öhdəlikləri
- Müəssisənin vergi öhdəliklərinin qorunması və uçot əməliyyat işlərinin həyata keçirilməsində veriləni icra etmək;
- Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatları yerinə yetirmək;
- Vergi sahəsi ilə bağlı əməliyyatlar - Vergi orqanları ilə yazışmalar aparmaq,Vergi orqanlarından daxil olan məktubları vaxtında cavablandırmaq;
- Vergi hesabatlarını (ƏDV, ÖMV, Vahid bəyannamə, Sadələşmiş vergi və s vergi hesabatları) hazırlamaq və təqdim etmək;
- Müəssisənin aylıq debitor-kreditorlar barədə məlumatlarını hazırlamaq;
- Müəssisə üzrə aylıq əmək haqqıların, məzuniyyət, ezamiyyət, xəstəlik ödənişi, son haqq-hesabın hesablanması və ödənilməsini icra etmək;
- İnternet banking üzərindən büdcə ödənişləri, ölkədaxili və xarici ödənişlər;
- New-E-taxes.gov.az, E-gov.az sistemlərində əməliyyatları icra etmək;
- Elektron -qaimələrinin, hesab-fakturaların tərtib edilməsi, göndərilməsi və köçürmələrini həyata keçirmək;
- Mühasibat əməliyyatlarının 1C proqramında düzgün və vaxtında icra edilməsi;
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Sistemə daxil olan uyğunsuzluq haqqında vaxtında məlumat vermək;
- Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqları icra etmək;
Tələblər
- Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- İş təcrübəsi: müvafiq sahədə 1-3 il iş təcrübəsi
- Yaş həddi: 23-35 yaş arası (Bəy namizədlərə üstünlük verilir)
- Mühasibatlığa dair cari qanunvericilik haqqında (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə) biliklər;
- Mühasibat uçotu standartları haqqında biliklər;
- 1C 8.3 proqramında işləmək bacarığı;
- Excel-də işləmək bacarığı;
- Ms-office proqramlarında işləmək bacarığı
İş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: 5 günlük, Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək
- Əmək haqqı: 800-1000 AZN (Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən ediləcəkdir.)
- İş yeri: Yasamal rayonu, Azad Mirzəyev, 6c (Statistika komitəsinə yaxın)
Oxşar vakansiyalar