Aparıcı Mühasib

Concept Consulting and Management Son tarix: 28 dekabr 2026 38

Vəzifə öhdəlikləri

Restoran və catering sahəsində fəaliyyət göstərən şirkətimizin genişlənməsi ilə əlaqədar mühasibatlıq komandamıza Aparıcı Mühasib axtarırıq.

Axtardığımız namizəd mühasibat uçotunun əsas istiqamətlərini müstəqil idarə edə bilən, analitik düşüncəli, məsuliyyətli və proseslərin təkmilləşdirilməsində təşəbbüskar olmalıdır.

  • Kassa, bank, satış, alış, debitor və kreditor əməliyyatlarının uçotu və nəzarəti;
  • Anbar, mal-material, istehsal və restoran əməliyyatlarının uçotunun koordinasiyası;
  • Təchizatçılarla hesablaşmaların və üzləşdirmələrin aparılması;
  • Əməkhaqqı və digər ödənişlərin düzgün hesablanmasına nəzarət;
  • Vergi, DSMF və digər hesabatların hazırlanması və təqdim edilməsi;
  • Əsas vəsaitlərin amortizasiyasının qanunvericiliyə uyğun hesablanması və uçotunun aparılması;                 
  • Aylıq və illik maliyyə hesabatlarının hazırlanması və təhlili;
  • Mühasibat sənədlərinin qanunvericiliyə uyğunluğunun yoxlanılması;
  • Maliyyə risklərinin müəyyən edilməsi və uçot proseslərinin təkmilləşdirilməsi;
  • Mühasibatlıq komandası ilə işin koordinasiyası.

Tələblər

  • Mühasibatlıq sahəsində minimum 5 il, aparıcı mühasib vəzifəsində 2–3 il təcrübə;
  • Müvafiq sahə üzrə ali təhsil;
  • Vergi və əmək qanunvericiliyi üzrə bilik;
  • Mühasibat uçotunun əsas istiqamətlərini müstəqil idarə etmək bacarığı;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə təcrübə;
  • MS Excel üzrə yaxşı bilik, IIKO proqramında işləmək bacarığı arzuolunandır;
  • Analitik düşüncə, məsuliyyət, dəqiqlik və təşəbbüskarlıq.

İş şəraiti

  • İş yeri: Xətai rayonu, 8 Noyabr prospekti 23
  • İş rejimi: Tam iş günü
  • Əmək haqqı: 1500 - 2000 Azn (Müsahibə əsasında, namizədin təcrübə və biliklərinə uyğun müəyyən edilir)

Bu vəzifə gələcəkdə Baş mühasib rolunu üzərinə götürmək və mühasibatlıq sisteminin inkişafında iştirak etmək üçün perspektiv imkan yaradır.

Oxşar vakansiyalar

Telegram kanalına qoşul
Telegram Bot