Zəng Mərkəzi üzrə Mütəxəssis (RİED)
NBCO KredAqro Son tarix: 19 октября 2025
352
Vəzifə öhdəlikləri:

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Risklərin İdarəedilməsi departamentinə Zəng Mərkəzi üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində zəng vasitəsilə tədbirlərin həyata keçirilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Ödənişi gecikən kredit məhsullarının təhlilini department rəhbərinə təqdim etmək; 
  • Zənglərin statistikasını və hesabatını təşkil etmək.
Tələblər:
  • Ali təhsil; 
  • Bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Yaxşı səviyyədə Excel bilikləri;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Müştərilərlə davranış etikası. 
İş şəraiti:
  • İş qrafiki: 08:30 - 17:30 (Bazar ertəsi - Cümə);
  • Azərbaycan Respublikası ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
  • Əmək haqqı təcrübədən asılı olaraq 1000 manat gross və aylıq bonus.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərmələri xahiş olunur. 

Müraciət et