UI/UX Dizayner
Veysəloğlu MMC Son tarix: 15 ноября 2024
170
Vəzifə öhdəlikləri:

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.
 
Vəzifə öhdəlikləri:

  • Veb və mobil tətbiqlərin istifadəçi interfeyslərinin (UI) və istifadəçi təcrübəsinin (UX) dizayn edilməsi.
  • İstifadəçi ehtiyaclarını və davranışlarını araşdıraraq istifadəçi mərkəzli dizayn həlləri yaratmaq.
  • Prototiplər, wireframlar və mockuplar hazırlamaq.
  • Mövcud məhsulların istifadəçi təcrübəsini təhlil edərək təkmilləşdirilməsi.
  • UX araşdırmaları, istifadəçi sınaqları və analizləri vasitəsilə məhsulun optimallaşdırılması.
  • Komanda ilə əməkdaşlıq edərək, dizayn konsepsiyalarını texniki mütəxəssislərə ötürmək.
Tələblər:

Texniki Bacarıqlar:

  • Sketch, Figma, Adobe XD, Adobe Illustrator, Adobe Photoshop kimi dizayn alətlərində iş təcrübəsi.
  • Wireframe və prototip hazırlama bacarığı (Figma, Sketch və s.).
  • UI/UX dizayn prinsiplərini, responsiv dizayn və adaptiv interfeysləri yaxşı bilmək.
  • İstifadəçi tədqiqatı aparmaq, istifadəçi testləri keçirmək və nəticələrə əsasən dizaynı təkmilləşdirmək bacarığı.
  • HTML/CSS üzrə biliklər (dizaynın texniki imkanlarla uyğunluğunu təmin etmək üçün).
  • İkonalar, illüstrasiyalar, şriftlər və vizual elementlərin yaradılması üzrə təcrübə.

Ümumi Bacarıqlar:

  • Minimum 2+ illik UI/UX dizayn sahəsində iş təcrübəsi.
  • Dizayn prosesinə yanaşma: problem müəyyən etmək, araşdırma aparmaq, prototiplər hazırlamaq və təkmilləşdirmək.
  • Yaradıcı düşüncə və istifadəçi yönümlü yanaşma.
  • Güclü ünsiyyət bacarığı, ideyaları və dizayn həllərini izah etmək qabiliyyəti.
  • Detallara diqqət və müştəri ehtiyaclarını anlama qabiliyyəti.

Əlavə Üstünlüklər:

  • Agile və ya Scrum metodologiyaları üzrə təcrübə.
  • Dizayn sistemləri və komponent əsaslı dizayn üzrə təcrübə.
  • UX yazıları və məlumat strukturlarının yaradılması təcrübəsi.
İş şəraiti:
  • İş məkanı: Azure Plaza
  • Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
  • İş rejimi: 5 gün (həftəiçi)
  • Nahar: Təmin edilir

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “UI/UX Dizayner” yazmaqla, öz CV-lərini career@veyseloglu.az və job.veyseloglu.az ünvanına göndərə bilərlər.

Müraciət et