Sosial Media Mütəxəssisi
FİL Agency MMC Son tarix: 24 марта 2025
266
Vəzifə öhdəlikləri:
  • Məhsul və ya xidmətlər üçün aylıq post-plan və məzmun (kontent) planın hazırlanması
  • Hazırlanmış post plan üzrə qrafikə uyğun düzgün şəkildə paylaşımların icrası
  • Müştərilərdən dolğun brifin alınması və kreativ komandaya briflərin tam və dolğun şəkildə ötürülməsi
  • Aylıq post plan və reklam hesabatının hazırlanması
  • Kampaniyaların nəticələrini və effektivliyini təhlil etmək və rəqəmsal marketinq portfeli üzrə aylıq hesabatlar yaratmaq.
  • Sosial media reklamları və büdcəsinin idarə edilməsi
  • Məhsul və xidmətlər üçün sosial media kampaniyalarının ideyası və keçirilməsində yaxından iştirak
  • Rəqiblərin və ümumi bazarın təhlili və təkliflərin hazırlanması
Tələblər:
  • SMM sahəsində minimal 2 il iş təcrübəsi
  • Rəqəmsal marketinq sahəsində kifayət edəcək səviyyədə biliklərin olması, yeni trendləri daim izləmək
  • Komanda və müştəri ilə effektiv ünsiyyət qurma bacarığı
  • Azərbaycan dilində qrammatik yazı bacarığı 
  • Kontent yaratma bacarığının olması ciddi üstünlükdür
  • Rus-dili biliyi ciddi üstünlük, ingilis dili arzuediləndir.
  • Təşəbbüskarlıq, puntuallıq, kreativlik və dürüstlük
  • Korporativ ünsiyyət və yazışma qaydalarından xəbərdar olma
İş şəraiti:
  • İş qrafiki: Bazar ertəsi - Cümə 09:00-dan 18:00-dək
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən müsahibədə müəyyən ediləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10.03.2025-ci il tarixinə qədər elektron poçt ünvanına göndərə bilərlər. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Sosial Media Mütəxəssisi” göstərməyiniz xahiş olunur.  

Qeyd: Daim öz üzərində çalışan, bilik və bacarıqlarını mütəmadi artıran, sektorun yeniliklərini izləyən və inkişaf etmək niyyətində olan namizədlər üçün qısa müddətdə karyera yüksəlişi imkanı mövcuddur.

Müraciət et