Resepşionist
Zeytun Pharmaceuticals Son tarix: 22 февраля 2025 623
Vəzifə öhdəlikləri:
  • Daxil olan zənglərin və müraciətlərin qəbul edilməsi, onların qeydiyyatının aparılması və düzgün koordinasiya edilməsi;
  • Daxil olan və göndərilən sənədlərin qeydiyyatının aparılması və təyinat üzrə yönləndirilməsi;
  • Gələn ziyarətçilərin qarşılanması, qeydiyyata alınması və yönləndirilməsi;
  • Kargüzarlıq və sənəd dövriyyəsi işinin aparılması;
  • Gündəlik, həftəlik, aylıq və illk hesabatların hazırlanması.
Tələblər:
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Səlis və aydın nitq qabiliyyəti;
  • Yaş həddi: 22-35;
  • MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə qabiliyyəti;
  • Azərbaycan dili mükəmməl, ingilis və rus dillərinin biliyi arzuolunandır;
  • İşində məsuliyyətli, səliqəli və dəqiq olmaq.
İş şəraiti:
  • İş yeri - BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı – 600-700 AZN (Namizədin təcrübəsindən asılı olaraq)

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçt ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Müraciət et