Qrup Rəhbəri
Avromed Company QSC Son tarix: 08 июня 2025
334
Vəzifə öhdəlikləri:

Ərazilər: Bakı (Binə anbarı)

İşin təsviri:

  • İş növbəsinin vaxtında başlamasını təmin etmək, avadanlıq və alətlərin hazır vəziyyətdə olmasını yoxlamaq.
  • Anbar şöbələri ilə əlaqə quraraq sifarişlərin effektiv şəkildə yerinə yetirilməsini təşkil etmək.
  • Sifarişlərin prioritetlərinə əsaslanaraq, işçi resurslarını müxtəlif sahələr arasında yenidən bölüşdürmək, lazım olan sahələrdə resursları artırmaq.
  • İşçilərin sifarişlərin toplama sürətini və keyfiyyətini izləmək.
  • İşçilərlə müntəzəm profilaktik müsahibələr aparmaq, sifarişlərin toplama standartlarının vacibliyini izah etmək.
  • Anbar rəhbərinə gündəlik hesabat hazırlamaq və təqdim etmək.
  • Yeni işçiləri anbarın biznes proseslərinə uyğun olaraq təlimatlandırmaq, onların iş prosesinə tam inteqrasiyasını təmin etmək.
  • Bütün işçilərin müəyyən edilmiş biznes prosesləri və anbar standartlarına riayət etməsini təmin etmək.
  • Anbarın təmizliyini və qaydasını qorumaq, iş sahələrinin müntəzəm olaraq təmizlənməsini təşkil etmək.
  • Rəhbərlik tərəfindən verilən müxtəlif tapşırıqları yerinə yetirmək.
  • Daxili nizam-intizam qaydalarına və korporativ standartlara riayət olunmasını təmin etmək.
Tələblər:
  • Anbardar və ya qrup rəhbəri kimi 1-3 il təcrübə (arzuolunandır).
  • Anbar proqramları ilə işləmə bacarığı.
  • İdarəçilik bacarığı
  • Diqqətlilik, sürət, dəqiqlik.
  • İntensiv iş tempinə hazır olmaq.
  • Növbəli iş qrafikinə hazır olmaq.
İş şəraiti:
  • Əla iş şərtləri: növbəli qrafik, sığorta, şirkət hesabına nahar, servis, karyera yüksəlişi;
  • Müvafiq sahədə peşəkar inkişaf;
  • Səmimi və peşəkar komandada çalışmaq, birlikdə yüksək nəticələr əldə etmək!

Maraqlananlar CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində (subject, тема) seçdiyiniz vakansiyanın adını yazmaq xahiş olunur.

Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət et