Qeydiyyatçı-resepşn
Kartaş LTD (Mr.Fix) Son tarix: 23 июня 2025
741
Vəzifə öhdəlikləri:

Xanım namizədlərə üstünlük verilir.

Vəzifə Öhdəlikləri:

  • Ofisə gələn qonaqları və müştəriləri səmimiyyətlə qarşılamaq və müvafiq şəxslərə yönləndirmək.
  • Daxil olan zəngləri, elektron məktubları və digər yazışmaları peşəkar şəkildə idarə etmək.
  • Görüşlərin və iclasların təşkilində dəstək göstərmək, otaqların bron edilməsi.
  • Kargüzarlıq işlərini, o cümlədən daxil olan/çıxan sənədlərin qeydiyyatını və paylanmasını təmin etmək.
  • Ofis ləvazimatlarının və digər zəruri materialların sifarişini idarə etmək.
  • Rəhbərliyin verdiyi digər inzibati tapşırıqları yerinə yetirmək.
Tələblər:
  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi arzuolunandır.
  • Azərbaycan dilində səlis ünsiyyət bacarığı (yazılı və şifahi). Rus və İngilis dilləri biliyi əlavə üstünlükdür.
  • MS Office proqramlarında (Word, Excel, Outlook) yüksək səviyyədə işləmə bacarığı.
  • Sumqayıt və ətraf ərazilərdə qalan namizədlərə üstünlük verilir.
  • Gülərüz, pozitiv və məsuliyyətli olmaq.
  • Təşkilatçılıq və çoxşaxəli işləri idarə etmə bacarığı.
  • Yüksək ünsiyyət və müştəri xidməti bacarıqları.
İş şəraiti:
  • Yer: Sumqayıt Kimya Sənaye Parkı
  • Qrafik: Həftədə 5 gün, 08:30–17:30.
  • Təminat: Nahar, sınaq müddətindən sonra tibbi sığorta.

Vakansiya ilə maraqlanan şəxslər öz CV-ni Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində “Qeydiyyatçı-Resepşn” yazaraq göndərə bilərlər.

Müraciət et