Ofis meneceri
Dashyunu.az MMC Son tarix: 22 февраля 2025 324
Vəzifə öhdəlikləri:
  • Şirkətin gündəlik əməliyyat proseslərinin planlanması və həyata keçirilməsi
  • Proseslərin düzgün izlənməsi və təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması
  • Şirkət sənədlərinin hazırlanması, yoxlanması və düzgün arxivləşdirilməsi
  • Müqavilələrin, təkliflərin və digər rəsmi sənədlərin tərtibi və izlənməsi
  • Elektron və fiziki sənəd dövriyyəsinin idarə edilməsi
  • Müştərilər, tərəfdaşlar və daxili şöbələr ilə koordinasiyanın təmin olunması
  • Sifarişlərin, layihələrin və əməliyyatların vaxtında həyata keçirilməsi üçün komanda ilə işləmək.
  • Lazım olduğu təqdirdə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması
  • Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırılması və yönləndirilməsi
  • Ofisə gələn qonaqların qarşılanması, Təşkilatçılığı bacarmaq
  • Verilən tapşırıqları vaxtında və operativ yerinə yetirmək
Tələblər:
  • Pozitiv, gülərüz, ünsiyyətcil olmalı
  • Təhsil: ali
  • Yaş: 23-30
  • Azərbaycan dili , Rus dili biliyi üstünlükdür
  • Kompüter bacarıqları: Microsoft Office Word və Excel
  • Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı
İş şəraiti:
  • Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun sənədləşmə
  • İş saatı 08:30-dan 17:30-dək, 5 günlük iş rejimi
  • Ofis Nərimanov rayonu, Çinar Park Biznes Mərkəzi
  • Əmək haqqı: 500 AZN
  • Rahat iş mühiti və peşəkar inkişaf imkanları.

Maraqlanan şəxslər öz CV formalarını qeyd edilmiş elektron poçt ünvanına məktubun mövzu hissəsində “Ofis Menecer” yazaraq göndərə bilərlər.

Müraciət et