A
Mühasib
Azərbaycan Kredit Bürosu Son tarix: 06 июня 2025
223
Vəzifə öhdəlikləri:
  • Elektron-qaimələrin, hesab-fakturaların tərtib edilib göndərilməsi:
  • Debitor və kreditorlarla olan üzləşmə aktlarının hazırlanması və göndərilməsi;
  • Tərəfdaşlardan daxil olan təhvil-təslim sənədlərinin yoxlanılması və ödənişlərin müvafiq qaydada həyata keçirilməsi;
  • Aylıq əmək haqlarının hesablanması;
  • Gündəlik əməliyyatların 1C 8.3 (KA versiyası) proqram təminatına daxil edilməsi;
  • Bütün növ mühasibatlıq sənədlərinin işlənməsi və qorunub saxlanması, müvafiq qovluqlara yerləşdirilməsinin təmin edilməsi;
  • Əsas vəsaitlərin inventarizasiyasında iştirak;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların vaxtında və düzgün icra edilməsi;
Tələblər:
  • Ali təhsil (maliyyə-mühasibatlıq, iqtisadiyyat üzrə):
  • Mühasibatlıq sahəsində azı 1 il iş təcrübəsi;
  • 1C 8.3, Office (Excel, Word, Outlook) və BTP proqramlarında işləmə bacarığı;
  • E-taxes, ƏMAS, E-gov, internet bankinq və digər portallardan istifadə bacarığı;
  • Əla səviyyədə ingilis və yaxşı səviyyədə rus dili biliyi;
  • ACCA F3 sertifikatının olması arzuolunandır.

  • hr@acb.azMaraqlanan namizədlər CV-lərini mövzu olaraq “kiçik mühasib” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət et