Kargüzarlıq, Arxiv və Assistentlər qrupunun Assistenti
PAŞA Bank
Son tarix: 06 ноября 2025
210
Vəzifə öhdəlikləri:
İdarə Heyətinin müvafiq üzvünün və Baş direktorların gündəlik iş və görüşlərinin təşkilini fəal surətdə idarə edir və bütün görüşlərin qüsursuz şəkildə keçirilməsinin təmin edilməsi;
İdarə Heyətinin müvafiq üzvünün və Baş direktorların bütün biznes tələblərinin qənaətbəxş şəkildə həyata keçirilməsi üçün digər işçi heyəti və struktur vahidləri ilə əlaqələrin qurulmasının təmin edilməsi;
Müvafiq kurasiya üzrə qərarlarının, tapşırıqlarının icrası barədə hesabatın verilməsi;
İdarə Heyətinin müvafiq üzvünün qonaqlarının (müştərilərin) müvafiq surətdə qarşılanması və hər zaman bankın nüfuzunun yaxşı şəkildə təqdim olunmasının təmin edilməsi;
Kargüzarlıq və sənəd dövriyyəsi işinə dəstək göstərilməsi;
İdarə Heyətinin müvafiq üzvünün gündəlik və səyahət səfərlərinin təşkil edilməsində fəal surətdə iştirak edir və bu zaman vaxt və xərcləri effektiv şəkildə idarəedilməsin təmin edilməsi;
Sənədlərin İdarə Heyətinin müvafiq üzvünə imza üçün təqdim edilməsi, bu zaman zəruri məlumatların mövcudluğunun təmin edilməsi (əks halda müvafiq tərəflərdən dəstəkləyici sənədlərin sorğulanması) və onların yenidən müvafiq şəxslərə ötürülməsi;
İdarə Heyətinin müvafiq üzvü və menecer tərəfindən müəyyən edilmiş tapşırıq və layihələrin planlaşdırılması və həyata keçirilməsi;
İdarə Heyətinin üzvü tabeçiliyində olan struktur bölmələrinə inzibati dəstəyin göstərilməsi.
Tələblər:
Təhsil: bakalavr dərəcəsi;
Tələb olunan iş təcrübəsi: 1-3 il;
Xarici dillər: İngilis, Rus;
Kompüter bilikləri: Microsoft Office.
İş şəraiti:
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.