İnsan Resursları üzrə mütəxəssis Olivia (Beauty and care)
Olivia Beauty & Care Son tarix: 22 февраля 2025 211
Vəzifə öhdəlikləri:
  • İşə başlayacaq olan işçilərin işə giriş təlimatı və əməyin mühafizəsi şərtləri ilə tanış olunması;
  • İşçilərin maaş kartlarının alınması üçün banka müraciyyət formalarının hazırlanması, yenilənməsi və müddətinin uzadılması haqqında Banka məlumatın verilməsi;
  • Şirkət əməkdaşlarının işdən çıxma prosedurlarının təşkili: İşdən çıxış səbəblərinin araşdırılması, müvafiq şöbənin əməkdaşına yönləndirilməsi, ərizənin alınması, işdən çıxış aktının imzalanma prosesinin təşkil edilməsi, elektron dövlət portalından və daxili sistem üzərindən işçyə xitam verilməsi;
  • Kadr əmrlərin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə/şöbə/maaş dəyişikliklərinin hazırlanması);
  • Əmək kitabçalarının doldurulması, hesaba alınması və qeydiyyatın aparılması;
  • Əmək kitabçalarının qeydiyyatı jurnalının tərtibatı və işçilərlə təhvil-təslim işlərinin yerinə yetirilməsi;
  • Ezamiyyət vərəqələrinin hazırlanması;
  • Aylıq əmrlərin imza-möhür işlərini yerinə yetirilməsi;
  • Aylıq hesabatların hazırlanması.
Tələblər:
  • Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
  • İnsan Resursları sahəsində iş təcrübəsi - 2 ildən artıq; (Retail sahəsində təcrübəsi olanlara üstünlük veriləcək).
  • Yaxşı səviyyədə 1C (8.2: 8.3) bilikləri;
  • Yaxşı səviyyədə MS Excel bilikləri;
  • Səlis azərbaycan dili biliyi, rus dili biliyi üstünlükdür;
  • Yüksək səviyyədə Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
  • Elektron Hökümət Portalları ilə (ƏMAS) işləmə bacarığı;
  • Kadr kargüzarlığının aparılmasına dair biliklər;
  • Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
  • Komandada işləmək bacarığı.
İş şəraiti:
  • İş rejimi: I-V günlər, 09:00-18:00.

Sən də bizim komanda üzvü olmaq istəyirsənsə sadəcə aşağıdakı link vasitəsi ilə keçid edə bilərsən.

Müraciət et