I
İnsan resursları üzrə kiçik mütəxəssis
Ideovate Consulting Son tarix: 18 октября 2025
376
Vəzifə öhdəlikləri:
  • ƏMAS ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
  • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
  • Tam maddi məsuliyyət müqavilələrinin, aktların və s.tərtib edilməsi və işçilərə imzaladılması;
  • Məzuniyyətin uçotu cədvəlini tərtib etmək, məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Aylıq iş vaxtının uçotu cədvəllərini, cərimələrlə bağlı və digər qeydlərin cədvəlini hazırlamaq və tapşırığa əsasən aidiyyatlı mütəxəssisə yönləndirmək;
  • Şirkətin sənəd dövriyyəsinin tapşırığa əsasən qanunvericiliyə uyğun aparılmasını təmin etmək;
  • Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;
Tələblər:
  • Ali təhsilli;
  • Yaş məhdudiyyəti: 25-35 arası
  • Azərbaycan dilində mükəmməl bilməli;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
  • Problemləri həll etmə bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq, stressə davamlılıq və operativlik kimi müsbət göstəricilərə sahib olmaq; 
  • Analitik təhlil bacarığı;
  • Düzgün danışıq bacarığı;
  • Əmək haqqı: 500 manat 
  • Maraqlananlar CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “İR üzrə kiçik mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.


Müraciət et