B
İnsan Resursları Mütəxəssisi
Beynəlxalq Avrasiya Mətbuat Fondu Son tarix: 22 февраля 2025 203
Vəzifə öhdəlikləri:

Vəzifə Haqqında:

Təşkilatın İnsan Resurslarını idarə edəcək, komanda ilə işləmək bacarığı olan namizəd tələb olunur. Seçilən namizəd Azərbaycan Respublikasının əmək qanunvericiliyini bilməli, “Əmək və məşğulluq” altsistemi (ƏMAS) və İnsan Resursları sahəsində yüksək təcrübəyə malik, həmçinin güclü və dayanıqlı iş mühiti mədəniyyətinin formalaşdırılması və qorunub saxlanılması üzrə bacarıqlara malik şəxs olmalıdır.

Əsas Vəzifələr:

  • Şirkətin daxili nizamnaməsi və siyasətinə uyğun strategiyanı hazırlamaq və həyata keçirmək.
  • İşə Qəbul Prosesinin aparılması, vakansiya elanlarının hazırlanması yeni işçilərin şirkətə inteqrasiyası və uyğunlaşdırılması prosesinə qədər işə qəbulun bütün mərhələlərinə rəhbərlik etmək.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər müvafiq qanunvericilik tələblərinə tam riayət olunmasını təmin etmək.
  • İşçilərin performansının qiymətləndirilmək və onlara nəzarəti təmin etmək.
  • Təlim ehtiyaclarını müəyyən etmək və işçilərin bacarıqlarını inkişaf etdirmək üçün təlimlərin planlaşdırılması.
  • İşçilərin sənədlərinin yığılması və kadr uçotunun düzgün və dəqiq şəkildə aparılması.
  • Hesabatların hazırlanması: İnsan Resursları göstəriciləri və hesabatlarını hazırlamaq, rəhbərliyə təqdim etmək.
Tələblər:

Tələb Olunan Qabiliyyətlər və Şərtlər:

  • Yaş: 25–35 yaş arasında.
  • Təhsil: İnsan Resursları, Biznes İdarəetməsi və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi (Magistr dərəcəsi üstünlük təşkil edir).
  • Təcrübə: İnsan resurslarının idarə edilməsi üzrə ən azı 3 illik təsdiqlənmiş iş təcrübəsi.
  •  Dil Bilikləri: İngilis və Rus dillərində bilmək əlavə üstünlükdür. Azərbaycan dilinin yaxşı səviyyədə olması tələb olunur. 
  •  Hüquqi Biliklər: Azərbaycan Əmək Məcəlləsi və əlaqəli qanunvericilikdə yüksək səviyyədə biliklər.  

Bacarıqlar:

  • Komandada işləmək bacarığı.
  • Təşkilatçılıq və idarəetmə sahəsində təcrübə.
  • Problemlərin həlli və münaqişələrin aradan qaldırılması üzrə peşəkar biliklər.
  • İnsan Resursları proqram təminatları və Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı.

Təklif olunan digər xüsusiyyətlər:

  •  Peşəkar İnsan Resursları sertifikatları, məsələn, SHRM-CP, PHR və ya ekvivalentləri.
  •  İnsan Resursları sistemləri və strategiyalarının hazırlanması və tətbiqi üzrə təcrübə.
İş şəraiti:
  • Yer: Bakı, Azərbaycan
  • İş vaxtı: Tam ştat, Bazar ertəsi-Şənbə, (Bazar günü istirahət)
  • Əmək Haqqı: 1000 AZN (bilik və təcrübəyə əsasən dəyişə bilər)

Necə Müraciət Etmək Olar:

Maraqlı namizədlər öz CV və motivasiya məktublarını elektron poçt ünvanına göndərməyə dəvət olunur. Mövzu hissəsində "İnsan Resursları üzrə mütəxəssis müraciəti" qeyd etməyinizi xahiş edirik.  

Komandamıza qoşulun və dayanıqlı iş mühitinin inkişafına töhfə verin!

Müraciət et