İnsan Resursları əməliyyatları üzrə mütəxəssis
Şam - Fi MMC Son tarix: 22 мая 2025
168
Vəzifə öhdəlikləri:
  • Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və vəzifə dəyişikliklərinin edilməsi, elektron sistemə bildirişlərin daxil edilməsi;
  • İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi,
  • İşçilərin şəxsi işlərinin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək;
  • Arayışlar, xasiyyətnamələr və işçilərin intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq.
Tələblər:
  • Ali təhsil;
  • Bəy namizədlərə üstünlük verilir; 
  • İnsan Resursları əməliyyatları üzrə təcrübə (ən azı 1 il);
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi haqqında biliklər;
  • Elektron Hökümət Portalları ilə (e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
  • Microsoft Office (Word, Excel) proqramlarında işləmək;
  • Güclü analiz və sosial-kommunikasiya bacarığı;
  • Operativ və detallara qarşı diqqətcil;
  • Problemləri həll etmə bacarığı.
İş şəraiti:

Təminatlar:

  • Karyera yüksəlişi;
  • Şirkət hesabına nahar yeməyi;
  • Servis ilə təmin edilmə;
  • Korporativ nömrə.

Vakansiya haqqında əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:00-18:00);
  • İş yeri: Güzdək filialı, Bakı-Şamaxı şosesi. 

Uyğun namizədlərdən mövzu hissəsində “İnsan Resursları əməliyyatları üzrə mütəxəssis” qeyd edərək, Müraciət et butonunda qeyd olunan email ünvanına müraciət etmələrini xahiş edirik. 

Müraciət et