T
İnsan Resurları üzrə baş mütəxəssis
TID Consulting Son tarix: 21 мая 2025
102
Vəzifə öhdəlikləri:
  • Əmək Qanunvericiliyinə əsasən əmək müqavilələrinin, əmək müqavilələrinə əlavə və dəyişikliklərin, işə qəbul, xitam, məzuniyyət, ezamiyyət və s. rəsmiləşdirilməsi və müvafiq əmrlərin hazırlanması
  • Əmək və Məşğulluq altsistemində işləmək bacarığı
  • Əmək haqqı, məzuniyyət haqqı , son haqq-hesab, əmək qabiliyyəti olmamasına görə müavinətin hesablanması
  • Hesablaşma-tədiyyə cədvəllərinin, iş günlərini əks etdirən tabellərin və ştat cədvəllərinin hazırlanması
Tələblər:
  • Ali təhsilli olmalı (riyazi və ya iqtisadi sahə üzrə bitirənlərə üstünlük veriləcəkdir)
  • MS Office və 1C (8.2 və ya 8.3) proqramlarında işləmək bacarığı
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
  • Əmək Məcəlləsini bilməli
  • Ünsiyyət qura bilmə bacarığı

Maraqlanan şəxslər CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yalnız tələblərə cavab verən namizədlərin CV göndərmələri xahiş olunur. 

Müraciət et