Geyim üzrə dizayner-konstruktor
Caspian Textile MMC Son tarix: 09 ноября 2024
240
Vəzifə öhdəlikləri:
  • Mövcud moda trendlərini araşdırmaq və istehlakçıların zövqünü müəyyənləşdirmək;
  • Tədqiqat məlumatlarına əsaslanaraq yeni məhsullar üçün ideyalar hazırlamaq və komanda ilə işləmək;
  • Moda yeniliklərini izləmək;
  • Modelin hazırlanması, eskizinin çəkilməsi, yığılması;
  • Dizayn komandası ilə yeni məhsullar üçün eskizlərin hazırlanması;
  • Kütləvi istehsal üçün geyim nümunələrinin yaradılması;
  • Parçaların, aksesuarların çeşidinin seçilməsi;
  • Eksperimental nümunələrin sınaqdan keçirilməsi prosesində dəstək olmaq;
  • Geyimin dizaynı və modelləşdirilməsi üçün texniki sənədlərin hazırlanması;
  • Görülən işlərlə əlaqədar aşkar edilmiş bütün pozuntular və çatışmazlıqlar barədə rəhbərə hesabat vermək.
Tələblər:
  • Geyim dizaynı və ya müvafiq sahədə ali təhsil;
  • Dizayn sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Adobe Illustrator, CorelDRAW, AutoCAD və ya vəzifə öhdəliklərini yerinə yetirmək üçün müvafiq digər dizayn proqramları üzrə bacarıqlar;
  • Əl ilə eskiz çəkmə və texniki rəsmləri hazırlama qabiliyyəti;
  • Moda trendləri və materiallar haqqında geniş biliklər;
  • Kreativ düşüncə və yenilikçi ideyalar təklif etmə bacarığı;
  • Komanda ilə effektiv ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
  • Çoxtapşırıqlı iş rejimində yüksək performans göstərmək bacarığı;
  • Yüksək səviyyədə təşkilatçılıq və vaxt idarəetmə bacarığı;
  • Zövq hissi və detallar üzərində diqqətli olmaq qabiliyyəti.
İş şəraiti:
  • Azərbaycan Respublikası Əmək Məcəlləsi-nə uyğun sənədləşmə 
  • İş qrafiki: həftənin 5 günü- şənbə, bazar istirahət günü
  • Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna və ya 051 201 12 71 whatsApp  nömrəsinə göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Geyim üzrə Dizayner-konstruktor” qeyd etməyiniz xahiş olunur.

Müraciət et