Bank Respublika ASC
Son tarix: 05 November 2024
150
Vəzifə öhdəlikləri:
Məhsul sahibi və proqramçılarla birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və Uİ dizaynların yaradılması;
Yaradılmış dizaynların istifadəçi təcrübəsinin standartlar daxilində tam müasir metodlarla test edilməsi;
Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiq edilməsi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
Yaradılmış rəqəmsal məhsulların interfeys dizaynının inkişaf etdirilməsi.
İnkişaf olunmuş məhsul və xidmətlər ilə əlaqəli təhlili həyata keçirtmək;
İstifadəçilər arasında cari zəif nöqtələri və ehtiyaclarını aşkar etmək üçün araşdırmaların aparılması.
Tələblər:
Ali təhsil;
Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
Tamamlanmış layihələrin mövcud olması (portfolio);
Veb-saytların və mobil tətbiqlərin dizaynı üzrə təcrübə;
Qrafik redaktor və UI proqramlarla işləmə bacarığı (Photoshop / Illustrator / Figma və ya Adobe XD / Sketch);
Biznes tələblərinə uyğun UX dizayn və konseptlərinin hazırlanması ilə bağlı təcrübə (Web, mobile);
Tipoqrafika və adaptiv verstkalar üzrə bilikləri;
Yüksək səviyyədə vizual dizayn qabiliyyəti;
Agile yanaşma barədə ilkin biliklər;
Komanda daxilində yüksək ünsiyyətqurma qabiliyyəti.