W
SPA Receptionist (SPA qeydiyyatçı)
Wyndham Garden Baku Son tarix: 06 November 2025
102
Vəzifə öhdəlikləri:

Wyndham Garden Baku otelinin tərkibində fəaliyyət göstərən Olive SPA Center komandamıza SPA Receptionist (SPA qeydiyyatçı) vəzifəsi üzrə -xanım əməkdaş axtarırıq.

İşin təsviri:

  • SPA mərkəzinə gələn qonaqları qarşılayıb, xidmətlər haqqında məlumat vermək
  • Rezervasiyaların qəbulunu və qeydiyyat prosesini həyata keçirmək
  • Telefon zənglərinə cavab vermək və müvafiq şöbələrlə əlaqələndirmək
  • Qonaq məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına dəstək vermək
Tələblər:
  • Qonaqpərvər və ünsiyyətcil olmaq
  • İngilis və rus dillərində sərbəst danışıq bacarığı
  • Oxşar sahədə (otel və ya SPA mərkəzi) iş təcrübəsi arzuolunandır
  • Gülərüz, məsuliyyətli və komanda ilə işləmə bacarığı
İş şəraiti:
  • Həftədə 5 iş günü (növbəli qrafik)
  • 2 istirahət günü
  • Rəqabətli əmək haqqı
  • Karyera inkişafı və yüksəliş imkanı
  • Tibbi sığorta təminatı

İş yeri: Wyndham Garden Baku Hotel – Olive SPA Center

Əgər siz də dinamik və qonaqpərvər komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi “SPA Receptionist” başlığı ilə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərin.

Müraciət et