Blue City Yaşayış Kompleksi
Son tarix: 26 March 2025
365
Vəzifə öhdəlikləri:
Sosial media kanallarının hekayə (Story) bölməsində gündəlik paylaşılacaq məzmunun yaradılması və yeniliklər üzrə təkliflərin verilməsi;
Hekayə paylaşımlarının mövzuya uyğun olaraq yüksək keyfiyyətli, cəlbedici (foto və video) hazırlanması;
Mütəmadi olaraq yenilikləri izləyərək yenilikçi kontentin story plana tətbiq edilməsi;
Marketinq kanallarından daxil olmuş müraciətlərin günlük və aylıq hesabatlarının verilməsi;
Marketinq kanallarından daxil olmuş müraciətlərin səlis, operativ cavablandırılması;
Hekayə kontentinin yaradılması üçün lazım olacaq foto və videomateriallarının ərazidə çəkilişi və montaj olunması. (Yüksək keyfiyyətli çəkiliş qabiliyyətinə malik mobil telefon təmin olunmuşdur.);
Kontentlərin yaradılması zamanı şirkətin rəsmi imicinin qorunub saxlanmasına diqqət edilməsi.
Tələblər:
Bəy namizədlər tələb olunur
Azərbaycan dilində mükəmməl yazı, redaktə etməyi bacarmalı (Digər xarici dil biliklərinin olması üstünlükdür);
Sosial media planlama və idarəetmə bacarığı olmalı;
İş təcrübəsi vacib deyil, kreativ və innovativ düşüncənin olması daha vacibdir;
Yaradıcılıq, araşdırma və davamlı öyrənmək qabiliyyəti olmalı;
Mobil telefonla çəkiliş və montaj bacarığı olmalı (Süni intellekt alətlərindən istifadə bacarığı üstünlükdür);
Office proqramlarından istifadə bacarığı olmalı.
İş şəraiti:
Əmək haqqı – 500 AZN (+ bonus)
I-VI günlər, 09:00-dan - 18:00-dək
İstirahət günləri: Həftə içi bir gün namizədin öz seçimi əsasında təyin edilir.
Nahar şirkət tərəfindən verilir
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə