Layihələr ilə əlaqədar hüquqi və rəsmi sənədlərin uyğun formada qəbulu, saxlanılması, yenilənməsi və paylaşılmasını təşkil etmək;
Layihə daxilində müəyyən edilmiş sənəd formatlarına və sənədlərin mübadiləsi standartlarına riayət olunmasına nəzarət etmək;
Şirkətdən çıxan sənədlərin göndərilməsini təşkil etmək və onların qeydiyyatını aparmaq;
Şirkətə daxil olan sənədlərin qəbulu, ilkin işlənməsi, qeydiyyatı, aidiyyatı üzrə yönləndirilməsi və müvafiq məlumat bazalarında düzgün formatda saxlanılmasını təşkil etmək;
Sənədlərin nömrələnməsi və identifikasiyası – texniki sənədlər müvafiq kodlaşdırılma sistemi ilə uyğun nömrələmək;
Sənəd mübadiləsinin layihə daxili sənədlərə nəzarət proseduruna uyğun aparmaq;
Vaxtı keçmiş sənədlər haqqında komanda üzvlərini məlumatlandırmaq;
Tanışlıq/Təhvil-Təslim iclaslarını təşkil etmək və həmin iclaslarda iştirak edib qeydləri aparmaq;
Podratçı və icraçı şirkətlərlə sənədləşmə işlərinin koordinasiyasını, onların lazımi sənəd və sənəd nümunələri ilə təmin edilməsini təşkil etmək;
Texniki sənədlərə nəzarətə dair icraçı şirkətlərə təlimlərin keçirilməsini təşkil etmək;
Təsdiq olunmuş müqavilələrin uyğunluğunun yoxlanılması və qeydiyyata salınması;
Layihənin təhvil-təslim zamanı sənədləşdirmənin düzgün aparılmasını təşkil etmək;
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlə
Tələblər:
Ali təhsil;
Sənədlərə nəzarət üzrə ən azı 3 il iş təcrübəsi (mülki-sənaye tikinti sahəsində iş təcrübəsi arzuolunandır)
Dil bilikləri: Azərbaycan dili ( İngilis dili və rus dili biliyi arzuolunandır)
Kompüter bacarıqları: MS Office
Yüksək səviyyədə işgüzar yazışma bacarığı;
Komandada işləmək və ünsiyyət bacarığı.
İş şəraiti:
İş yeri: Bakı şəhəri
İş vaxtı : 1 - 5 ci günlər 09:00 dan - 18:00- a dək
Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun müsahibə əsasında müəyyən ediləcək.
CV-lərinizi “Sənəd Dövriyyəsi üzrə mütəxəssis” başlığı altında mailinə göndərməyiniz xahiş olunur.