Satıcı - məsləhətçi
ADORE Company Son tarix: 22 February 2025 197
Vəzifə öhdəlikləri:
• Müştərilər ilə əlaqənin qurulması, məhsulların təqdimatı və alış üçün seçim variantlarının təklif edilməsi;
• Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumatın verilməsi, müştərinin fərdi ehtiyaclarını nəzərə almaqla uyğun məhsulların seçilməsində köməklik göstərilməsi;
• Müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsi, onlara məhsul seçimi üçün optimal şəraitin yaradılması;
 • Rəflərdəki malların inventarına nəzarət etmək, satış potensialına və tələbata uyğun məhsullar üçün sifarişlərin verilməsində rəhbərə köməklik etmək;
 • Təyin olunmuş aksiyaların və tədbirlərin effektiv keçirilməsinə dəstək, satışlarda və satışı simulyasiya edən digər fəaliyyətlərdə iştirak.
Tələblər:
• Satış sahəsində ən azı 1-2 il iş təcrübəsi (Kosmetik vasitələrin satışında iş təcrübəsi olanlara üstünlük veriləcək);
• Dil bilikləri: Azərbaycan dili əla, rus və ingilis dili – orta səviyyədə bilməli; • Müxtəlif növ makiyajdan istifadə etmək bacarığı (Vizajist sertifikatı üstünlükdür);
• Kosmetika, parfümeriya və dəriyə qulluq vasitələri sahələrində dəbdə olan məhsullar haqqında məlumatlı olmaq;
• Komandada işləmə bacarığı;
• Aktiv,ünsiyyətcil, dəqiq və məsuliyyətli;
• Aydın nitq, xoş görünüş və təqdimat qabiliyyəti
İş şəraiti:
• Növbəli qrafik: (6/1), 10.00-19.00 və 13.00-21.00/22.00;
• Rəqabətli əmək haqqı və bonus sistemi: fiks + satışdan %,
 • Karyera inkişafı imkanı;
• Məhsul və satış üzrə təşkil olunan təlimlərdə iştirak etmək imkanı.

 Müraciət üçün CV-nizi cv@adoregroup.az elektron ünvana göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını «Satıсı- məsləhətçi» qeyd etməyiniz xahiş olunur.
Müraciət et