F
Resepşionist
Vəzifə öhdəlikləri
First Academy şirkəti üçün məsuliyyətli, ünsiyyətcil və təqdimat bacarığı yüksək olan resepsion axtarırıq.
- Ofisə gələn müştərilərin qarşılanması və yönləndirilməsi;
- Müştərilərlə ilkin ünsiyyətin qurulması;
- Anketlərin doldurulmasına dəstək göstərilməsi;
- Sosial media və digər platformalar üzərindən daxil olan mesajların cavablandırılması;
- Zərurət yarandıqda müştərilərə çay, qəhvə, su və digər içkilərin təklif edilməsi;
- Resepsion sahəsinin səliqəli saxlanılması;
- Komanda üzvləri ilə koordinasiyalı şəkildə işləmək.
İş qrafiki:
- Bazar ertəsi – Cümə: 10:00 – 19:00
- Şənbə: 10:30 – 18:00
- Bazar günü: istirahət
Tələblər
- Xanım namizəd;
- 22 yaş və üzəri;
- Ali və ya orta ixtisas təhsilini tamamlamış olmalı (tələbələr müraciət edə bilməz);
- Gülərüz, nəzakətli və yüksək ünsiyyət bacarığına malik olmalı;
- Daim baxımlı və səliqəli görünüşə sahib olmalı (müştərilərlə birbaşa ünsiyyətdə olduğu üçün);
- Azərbaycan dilində səlis danışıq bacarığı, xarici dil bilikləri arzu olunandır;
- Müştərilərlə ünsiyyət və təqdimat bacarığı yüksək olmalı;
- Komanda ilə işləmə bacarığına malik olmalı;
- Stressə davamlı və məsuliyyətli olmalı;
- Xaricdə təhsil və ya ümumilikdə təhsil sahəsində iş təcrübəsi arzu olunandır.
İş şəraiti
- Stabil əməkhaqqı;
- Əlavə bonus və mükafatlandırma sistemi;
- Rahat və peşəkar iş mühiti;
- Karyera inkişafı imkanları;
- Dinamik və dəstəkçi komanda.
Oxşar vakansiyalar