A
Qeydiyyatçı
AZSERVİS MMC Son tarix: 10 July 2025
1012
Vəzifə öhdəlikləri:
  • Şirkətə gələn qonaqları gülərüzlə qarşılamaq, onları qeydiyyata almaq, uyğun şöbəyə yönləndirmək və gözləmə prosesində onlara dəstək olmaq;
  • Gələn zəngləri nəzakətlə cavablandırmaq, məlumat vermək və lazımi əməkdaşlara yönləndirmək. Zənglərlə bağlı qeydiyyatın aparılması;
  • Şirkət xidmətləri, məhsulları və əlaqəli proseslər barədə müştəriləri ilkin şəkildə məlumatlandırmaq və düzgün yönləndirmək;
  • Gələn məktubların, sənədlərin və kuryer bağlamalarının qəbul edilməsi, qeydiyyata alınması və müvafiq şöbələrə çatdırılması. Eləcə də çıxan yazışmaların göndərilməsinin təşkili;
  • Gündəlik işlə bağlı forma və sənədlərin hazırlanması, çap edilməsi, düzgün qaydada saxlanması və lazım olduqda tapılıb təqdim edilməsi;
  • Elektron və kağız daşıyıcılarda informasiyaların gündəlik qeydiyyatının aparılması və arxivləşdirilməsi;
  • Reseption masasının təmiz və səliqəli saxlanılması, ofis avadanlıqlarının düzgün istifadəsinin təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək, daxili kommunikasiya prosesində aktiv iştirak etmək.
Tələblər:
  • İş təcrübəsi 1 il arzuolunandır
  • Gülərüz, məsuliyyətli və kollektivlə işləmə bacarığı olan
  • Azərbaycan və İnglis dilində səlis danışıq bacarığı (rus dili bilikləri də vacibdir)
  • Səliqəli və baxımlı görünüş
  • Kompüter bilikləri (MS Office, Outlook və s.)
  • Fidelio programında işləmə bacarığı
İş şəraiti:
  • İş yeri ünvanı: Bakı şəh., Səbail ray., Nizami küç. 90A
  • İş qrafiki: Tam iş günü / Növbəli iş qrafiki

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.


Müraciət et