Məlumat mərkəzinə müxtəlif mənbələrdən daxil olan zənglərin cavablandırılması;
Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması;
Müştərilərə tam doğru və dolğun məlumatın verilməsi; Gələn zənglərin uyğun namizədə yönləndirilməsi;
Müştəri sorğularının qeyd edilməsi və müvafiq olaraq cavablandırılması;
Daxil olan müştəri şikayətlərinə baxılması, həll edilməsi və müvafiq istiqamətlərə yönləndirilməsi;
Sifarişlərə nəzarət edilməsi;
Şirkətlə müştəri arasında düzgün koordinasiyanın qurulması;
Gün sonunda qəbul, imtina, yolüstü statuslarında olan sifarişlər istisna olmaqla digər statusları sıfırlamaq;
Proqramda sifariş ünvanlarının doğru şəkildə qeydiyyatını aparmaq;
Rəhbərliyə mütəmadi olaraq işin gedişatı ilə bağlı hesabat təqdim etmək;
Vəzifə icrası ilə bağlı rəhbərliyin tapşırıqlarının vaxtında icra edilməsi.
Tələblər:
(Karqo şirkətində iş təcrübəsinin olması üstünlükdür);
Yaş məhdudiyyəti: 19-40 arası
Azərbaycan dilində yaxşı səviyyədə ünsiyyət qabiliyyəti, (rus dili biliyi üstünlükdür);
Kompüterdə işləmə bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik, etibarlılıq və operativlik kimi müsbət göstəricilərə sahib olmaq;
Pozitiv komandada işləmə bacarığı.
Maraqlananlar CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində “Operator” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
İş şəraiti:
İş rejimi və iş vaxtı: 6 günlük iş rejimi( növbəli və növbəsiz), ½ ştat, iş saatları 19:00 - 23:30