Şirkətin sosial media hesabları vasitəsilə müştərilərlə ilkin əlaqənin qurulması, əsas sualların cavablandırılması və potensial müştərilərin satış təmsilçisi ilə əlaqələndirilməsi
Ofisə gələn qonaqların qarşılanması, onlara çay, kofe, su təqdim olunması.
Ofisin ümumi idarə olunması, səliqə və təmizliyə nəzarət edilməsi
Ofis ləvazimatlarının və təsərrüfat mallarının alınması və ehtiyatda saxlanılması
Rəhbərliyin tapşırıqlarının vaxtında yerinə yetirilməsi və icrasına nəzarət
Daxili sənədlərin hazırlanması, arxivləşdirilməsi və qeydiyyatının aparılması
Müştərilər və tərəfdaşlarla e-poçt və telefon vasitəsilə ünsiyyətin qurulması
İşçilərin davamiyyəti və məzuniyyətlərinin qeydiyyatının aparılması
Toplantıların təşkili, görüş otaqlarının hazırlanması və texniki ehtiyacların qarşılanması
Kuryer xidmətləri, poçt göndərişləri və digər gündəlik ofis proseslərinin təşkili
Ofis texnikasının işinə nəzarət və texniki problemlər zamanı dəstək xidmətləri ilə əlaqə
Sadə maliyyə qeydiyyatlarının (kassa xərcləri, alış sənədləri və s.) aparılması
Tələblər:
Ali və ya orta ixtisas təhsili
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (Rus və İngilis dili arzuolunandır)
Ofis proqramları ilə (MS Office, e-mail, Google Workspace və s.) işləmə bacarığı
Ünsiyyətcil, məsuliyyətli və təşəbbüskar olmaq
İşə ciddi və peşəkar yanaşmaq
Komandada işləmə bacarığı
İş şəraiti:
Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur
Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
Həftə içi 5 iş günü, 09:00–18:00, 1 saat nahar fasiləsi
Rahat və müasir iş mühiti
Gələcəkdə satışdan bonuslar və digər həvəsləndirici mükafatlar nəzərdə tutulur