C
Ofis administratoru/SMM üzrə mütəxəssis
Caspian Services Group Son tarix: 23 May 2025
168
Vəzifə öhdəlikləri:
  • Ziyarətçilərin qarşılanması, onlara köməklik göstərilməsi və aidiyyəti üzrə yönləndirilməsi.
  • Telefon zənglərinin müvafiq qaydada qəbul edilməsi, yönləndirilməsi, tələb olunduqda qeydlərin aparılması və aidiyyəti şəxslərə çatdırılması.
  • Karğüzarlıq işlərinin təşkil edilməsi.
  • Printer, skaner, fax və digər ofis avadanlıqlarını sərbəst şəkildə istifadə etmək bacarığı və onlara mütəmadi nəzarət edilməsi.
  • Kommunal xidməti işlərinin (elektrik, qaz, su, kanalizasiyavə s.) idarə edilməsi.
  • Görüşlərin təşkil edilməsi.
  • Bilet və otel sifarişləri.
  • Viza üçün sənədlərin hazırlanması.
  • Ofisdaxili təmizlik və səliqəyə nəzarət
  • Sosial şəbəkələrdə (Facebook, Instagram) şirkətin irəliləmə strategiyasını işləyib hazırlamaq və realizasiya etmək.
  • Mətn, təsvir və video da daxil olmaqla cəlbedici kontentin yaradılması və nəşr edilməsi.
  • Auditoriya ilə qarşılıqlı  fəaliyyət, rəy və komentariyaların idarə edilməsi
  • Sosial media sahəsində trendlərin monitorinqi və dəyişikliklərə uyğun olaraq strategiyanın adaptasiya edilməsi
  • Reklam kampaniyalarının keçirilməsi və onların səmərəliyinin təhlil edilməsi
  • Sosial şəbəkələr üçün video-çarxların çəkilişi
  • Rəhbərlik tərəfindən verilən tapşırığın tam və vaxtında yerinə yetirilməsi;
  • Vəzifəsi  ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • Bütün problemlər, çatışmazlıqlar və pozuntular  haqqında rəhbərliyə məlumat verməli;
  • Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək;
  • Vəzifəsinin icrası ilə əlaqədar digər öhdəlikləri yerinə yetirməlidir;
  • Əməyin mühafizəsi və yanğından mühafizə normaları, texniki təhlükəsizlik, əmək və nizam-intizam qaydalarına riayət etməlidir;
Tələblər:
  • Xanım namizədlərə üstünlük veriləcəkdir
  • Ali təhsil;
  • Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə və rus dilini orta səviyyədə bilməlidir."
  • Sosial media və ya əlaqəli sahələrdə 1 ildən az olmayan iş təcrübəsi.
  • Mətnlərin yazılması və vizual kontent-marketinq üzrə əla səviyyədə bacarıq
  • Sosial şəbəkələrdə hədəfli reklamlar verməyi bacarmaq
  • Google Analytics və Facebook Insights kimi analitik alətləri bilmək
  • Qrafik dizayn və məzmun yaradılması alətlərindən istifadə edilməsi (Canva, Adobe Creative Suite)
  • Kompyuter bacarıqları: Microsoft Office, Online prosedurları həyata keçirmə bacarığı;
  • E-poçtla işləmək;
  • İşgüzar yazışmalar;
  • Məsuliyyətli və nəzakətli, yüksək təşkilatçılıq və kommunikasiya bacarıqlarına malik, liderlik keyfiyyətləri olan, problemlərin həllində çevik yanaşma qabiliyyətinə sahib;
  • Ofis avadanlıqlarından sərbəst şəkildə istifadə etmək bacarığı; 
  • Geyim qaydalarına və geyim formasına riayət etmək;
  • Tək və komandada işləmə bacarığı olmalıdır;
  • Əmək intizamının yüksək olması;
  • Təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi.
İş şəraiti:
  • Stabil iş
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Əmək haqqı: Namizədin bilik və bacarıqları nəzərə alınmaqla müsahibə zamanı müəyyənləşdiriləcək.
  • İş saatı 1-5-ci günlər 08:30-dan 17:30-a kimidir
  • İstirahət: Şənbə, Bazar günü
  • Korporativ nömrə və danışıq limiti ilə təmin olunma
  • İcbari sığorta
  • Rahat və komfortlu iş şəraiti
  • Karyera inkişafı üçün perspektivli imkanlar
  • Mehriban və peşəkar kollektivdə çalışma mühiti
  • İş rejimi: Tam
  • İşə başlama tarixi: Mümkün qədər tez
  • Müsahibə yeri: 1045  Bakı şəhəri, Xəzər rayonu, Binə ŞTQ Vaqif Mirzəyev (Ofis çox əlverişli yerdə - yol kənarında yerləşir / “Koroğlu” metrosundan ofisimizə cəmi 15 dəqiqəlik yoldur. Təxminən Aviasiya Akademiyasına çatmamış )
  • Xəritədə yeri: Ətraflı bu keçiddə CSG-Binə

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur; CV-yə yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər.
  • Göstərilən  tələblərə cavab verən və şərtləri qəbul edən namizədlər öz CV-lərini (Namizədin fotosunun olması mütləqdir) Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını məktubun başlıq hissəsində Ofis administratoru/SMM üzrə mütəxəssis göstərməyiniz vacibdir. Əks təqdirdə belə müraciətlilərə baxılmayacaqdır.
  • Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Şifahi müraciətlərə (zənglərə) baxılmayacaq.
  • Xahiş olunur, “Caspian Services Group” MMC-nin saytında olan nömrələrə zəng vurmayasınız. Aidiyyəti üzrə qeyd olunan email ünvanına müraciət edəsiniz.
Müraciət et