Müştərilərlə iş üzrə menecer
PASHA Property Son tarix: 21 June 2025
386
Vəzifə öhdəlikləri:

Təsvir

Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.

Vəzifə öhdəlikləri

  • Qeydiyyat şöbəsinin gündəlik fəaliyyətinə nəzarət və effektiv idarəetmənin təmin olunması;
  • Əməkdaşların yüksək xidmət standartlarına uyğun fəaliyyət göstərməsinin təmin edilməsi;
  • Qonaqların qarşılanması, məlumatlandırılması və şikayətlərə operativ cavab verilməsi;
  • Ofis və ümumi ərazilərin texniki və inzibati baxımdan nəzarətinin təşkili;
  • Şöbə üzrə büdcə, xərclər və gəlirlərin idarə olunmasında iştirak;
  • Avtodayanacaq, giriş kartları və digər inzibati məsələlərin təşkili;
  • İşçi heyəti ilə koordinasiyalı şəkildə iş qrafiklərinin və fəaliyyət planlarının hazırlanması;
  • Nağd vəsaitlərin düzgün və şəffaf idarə olunması, müvafiq sistemlərdə qeydiyyatın aparılması;
Tələblər:
  • Ali təhsil (idarəetmə, biznes və ya xidmət sahəsində üstünlükdür);
  • İdarə etmə sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Liderlik bacarıqları, təşəbbüskarlıq və komandada işləmə qabiliyyəti;
  • Yüksək səviyyədə müştəri yönümlülük və ünsiyyət bacarığı;
  • Məsuliyyətli, punktual və çevik;
  • COİNS və ya digər ERP sistemlərində təcrübə üstünlükdür;
  • Azərbaycan, rus və ingilis dil bilikləri səlis.
İş şəraiti:

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat
  • Təcrübə - 3-4 il
  • Təhsil - Bakalavr

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Müraciət et