Mal-material üzrə mühasib (Olivia mağazalar şəbəkəsi)
Olivia Beauty & Care
Son tarix: 19 March 2025
400
Vəzifə öhdəlikləri:
Mal-material ehtiyatlarının, əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsinin təmin edilməsi;
Mal-materialların hərəkətinin 1C (8.3) proqramında sənəd olaraq formalaşdırılması və izlənilməsi;
Debitor və kreditorlarla üzləşmələrin aparılmasınının təmin edilməsi;
Mal-materiallara dair alış sənədlərinin işlənməsinin təmin edilməsi;
Mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğunluğunun yoxlanılması, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasının tələb və təmin edilməsi;
Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasının təmin edilməsi.
Tələblər:
Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə)
MS Office ( Excell-yüksək səviyyədə)
1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi
Minimum 3 il mal material mühasibi kimi təcrübəsi.
İş şəraiti:
İş günləri: I-V gün
İş saatları: 09:00-18:00
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət Et butonunda yerləşən link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.