Korporativ katiblik şöbəsinin mütəxəssisi (Korporativ katib) Hüquq departamenti
PASHA Life Son tarix: 25 May 2025
60
Vəzifə öhdəlikləri:
  • Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (komitə, komissiya) iclaslarının müvafiq prosedur və qaydalara uyğun təşkil edilməsi, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazırlanmasında iştirak etmək;
  • İclaslar üçün tələb olunan məlumatların Şirkətin funksional bölmələrindən əldə edilməsi, zəruri hallarda əldə edilmiş məlumatların ümumiləşdirilməsi, sistemləşdirilməsi və təhlil edilməsində iştirak etmək;
  • Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının qəbul etdiyi qərarların reyestrinin aparılması prosesində iştirak etmək, qərarların və tapşırıqların müəyyən edilmiş müddətlərdə icrasına nəzarət etmək;
  • Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına təqdim olunan məsələlərin müvafiq tələblərə və limitlərə uyğunluğunun təmin olunmasına nəzarət etmək;
  • Nəzarət orqanları tərəfindən gələn müraciət və sorğuların koordinasiyasında iştirak etmək.
Tələblər:
  • İş təcrübəsi: Maliyyə və ya Hüquq sahəsi üzrə ən azı 3 il iş təcrübəsi; 
  • Təhsili/ixtisası: Hüquq, İqtisadiyyat və ya İdarəetmə ixtisasları üzrə bakalavr dərəcəsi; 
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı; 
  • Üstünlüklər: Korporativ katiblik sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir

İmtiyazlar: 

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


Müraciət et