B
İnsan Resursları üzrə Mütəxəssis
Beta Consortium LLC Son tarix: 28 March 2025
254
Vəzifə öhdəlikləri:
  • Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliklərinin edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi, bildirişlərin ƏMAS portalına daxil edilməsi;
  • İşçilərin İSB portalında qeydiyyatının aparılması;
  • Aylıq tabellərin hazırlanması, məzuniyyətlərin, xəstəlik vərəqələrinin, ezamiyyət, intizam tənbehlərinin rəsmiləşdirilməsi;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
  • Mütəmadi olaraq hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
  • Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması;
  • Əmrlərin hazırlanması və onların qeydiyyatının aparılması;
  • Əmək haqqı kartlarının sifariş edilməsi;
Tələblər:
  • Sahə üzrə minimum 2 il təcrübə;
  • Microsoft Office proqramı üzrə biliklər, xüsusilə Excel biliyi  
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Azərbaycan dilini mükəmməl bilməli, ingilis dili arzuolunandır
İş şəraiti:
  • İş rejimi: 6 günlük
  • Ünvan: Bakı şəhəri, Nizami rayonu

Maraqlanan namizədlər CV-lərini elektorn poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis” yazılması mütləqdir. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət et