Çağrı mərkəzi xidmətinin kiçik mütəxəssisi
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Son tarix: 22 February 2025 459
Vəzifə öhdəlikləri:
  • Agentliyin Çağrı Mərkəzinə daxil olan şifahi müraciətlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq qəbulu, qeydiyyata alınması və canlı rejimdə birbaşa cavablandırılmasının həyata keçirilməsi;
  • Müraciətlərdə qaldırılmış məsələlərə dair mövcud qanunvericiliyə əsaslanmaqla və sənədlərə düzgün istinad edilməklə izahatların verilməsi;
  • Birbaşa cavablandırıla bilinməyən müraciətlərin həlli üçün aidiyyəti üzrə yönləndirilməsi;
  • Müraciət vərəqinin hazırlanması.
Tələblər:

Təklif etdiyimiz imkanlar:

  • Gənc və peşəkar kollektivdə çalışma şansı;
  • Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
  • Karyera inkişafı üçün yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;
  • İldə üç dəfə mükafatlandırma sistemi.

Tələb olunan səriştə və təcrübə:

  • Təhsil: Ali təhsil (tibb təhsili arzuolunandır);
  • Təcrübə: Çağrı mərkəzində minimum 1 il iş təcrübəsi (ali tibb təhsili olduqda təcrübə tələb olunmur);
  • Texniki biliklər: Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək;
  • Şəxsi bacarıqlar: Ünsiyyət və vaxtın idarəedilməsi, problem həlletmə, konfliktlərin idarəedilməsi və operativlik;
  • Dil bilikləri: Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür)
İş şəraiti:
  • İş qrafiki: 5 günlük iş rejimi;

İş vaxtı (namizədin seçiminə uyğun olaraq):

  • 09:00-18:00 (istirahət günləri cümə axşamı-cümə); 
  • 13:00-22:00 (istirahət günləri şənbə-bazar);
  • İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:

  • Müraciətlərin nəzərdən keçirilməsi
  • Müsahibə

Müraciət qaydası:

  • CV-lərinizi elektron poçt ünvanına göndərməyiniz xahiş olunur;
  • Məktubun “mövzu” bölməsində müraciət etdiyiniz vəzifənin adı və uyğun iş vaxtı (09:00-18:00 və ya 13:00-22:00) mütləq qeyd edilməlidir;
  • Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizə uğurlar arzu edirik və komandamıza qoşulmağınızı səbirsizliklə gözləyirik! 

Müraciət et