O
Baş direktorun köməkçisi
Oven Food Bakery Son tarix: 05 June 2025
508
Vəzifə öhdəlikləri:
  • Baş Direktorun gündəlik görüşlərinin və tapşırıqlarının təşkil edilməsi və əlaqələndirilməsi;
  • Baş Direktorun tapşırıqlarının həyata keçirilməsi üçün struktur rəhbərləri ilə səmərəli əməkdaşlıq edilməsi; 
  • Baş Direktorun qonaqlarının qarşılanması və görüşlərinin təşkil edilməsi;
  • Telefon zənglərinin və yazışmalarının qeyd edilməsi və yönləndirilməsi; 
  • Gündəlik imzalanması üçün sənədlərin qəbul edilməsi, aidiyyatı strukturlardan lazım olan sənədlərin tələb edilməsi və imzalanmış sənədlərin struktur rəhbərlərinə təqdim edilməsi;
  • İclasların təşkili və protokolların tərtib edilməsi;
  • Müəyyən edilmiş tapşırıqların planlaşdırılması və həyata keçirilməsi;
  • Keçirilmiş görüşlər və tapşırıqların icrası ilə bağlı prosedura uyğun olaraq hesabatların təqdim edilməsi.
Tələblər:
  • Ali təhsil; 
  • Müvafiq sahə üzrə 1-2 iş təcrübəsi;
  • İngilis dili yüksək səviyyədə, rus dili arzu olunandır; 
  • Yüksək təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
  • Yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
  • Microsoft Office (Word/Excel/PowerPoint) 
  • İşlərdə prioritetləri müəyyənləşdirmək və bir neçə tapşırığı müvafiq vaxtda idarə etmək bacarığı.
İş şəraiti:
  • İş qrafiki: I-VI günlər;
  • Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq;
  • Korporativ nömrə: Şirkət tərəfindən təmin edilir;
  • Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
  • Ünvan: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Baş direktorun köməkçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Müraciət et